İranın körfəz nəqliyyatına hücumları neft qiymətlərini kəskin artırdı
İranın Fars körfəzi və regiondakı enerji infrastrukturu ilə bağlı hücumlarını genişləndirməsi fonunda dünya bazarlarında neft qiymətləri kəskin yüksəlib. Beynəlxalq enerji bazarlarında ticarət zamanı Brent markalı neftin fyuçersləri 6,41 dollar və ya 7 faiz artaraq bir barel üçün 98,45 dollara yüksəlib. Gün ərzində ticarət zamanı qiymət qısa müddətə 100 dollar səviyyəsini də keçib. ABŞ-ın Vest Texas İntermediate markalı xam nefti isə 5,98 dollar və ya 6,85 faiz bahalaşaraq bir barel üçün 93,23 dollar olub.