Hörmüzdə naviqasiyanın bərpası üçün beynəlxalq konfrans keçiriləcək - Fransa ordusu
Paris Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini bərpa etmək üçün qlobal hərbi təşəbbüslə çıxış edir. Fransa yaxın vaxtlarda boğazda naviqasiya azadlığını təmin etmək istəyən ölkələrin ordu komandanlarının iştirakı ilə mühüm konfrans keçirməyi planlaşdırır. Fransa ordusunun bəyanatında iki mühüm strateji nüans vurğulanıb.