Vaşinqton İsraildə çevriliş planlayır - Netanyahu getməlidir
İsrailin "Kanal 12" televiziya kanalının yaydığı məlumata görə, ABŞ administrasiyasının rəsmi şəxsləri İsrail hökuməti ilə mövcud münasibətlərin kəskin şəkildə pisləşməsi fonunda, Netanyahunun yerinə alternativlər tapmaq məqsədilə İsrail müxalifətinin aparıcı liderləri ilə qeyri-rəsmi kommunikasiya kanallarının qurulması istiqamətində fəaliyyətə başlayıblar.
Eyal Zamirdən Netanyahuna xəbərdarlıq - Əsgər çatışmazlığı kritik həddədir
İsrail Ordusunun (SAXAL) Baş qərargah rəisi Eyal Zamir hərbi kabinetin iclasında ordunun iflic vəziyyətinə düşdüyü barədə dramatik bəyanatla çıxış edib. O, davam edən intensiv müharibələr, İordan çayının qərb sahilində yeni salınan yəhudi məskunlaşma məntəqələrinin mühafizəsi üçün artan tələblər və ultra-ortodoks yəhudilərin hərbi xidmətə cəlb olunmaması səbəbindən ordunun "öz üzərinə çökəcəyi" barədə xəbərdarlıq edib.