Sudanın Mavi Nil bölgəsində gərginlik - 73 min nəfərdən çox insan didərgin düşüb
Sudanın Mavi Nil bölgəsində ordu qüvvələri ilə Çevik Dəstək Qüvvələri (RSF) arasında hərbi əməliyyatların intensivləşməsi nəticəsində humanitar vəziyyət kəskin pisləşib. BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin (OCHA) məlumatına görə, son günlər bölgənin inzibati mərkəzi olan Əd-Damazin şəhərinə 73 406 məcburi köçkün gəlib.