Tramp münaqişəni bitirmək üçün İrana genişmiqyaslı hücumu nəzərdən keçirir
ABŞ Prezidenti Donald Tramp İranla davam edən münaqişədən məğlubiyyət görüntüsü yaratmadan çıxmağın yollarını axtarır. Tehrandakı Tətbiqi Elmlər Universitetinin professoru Mustafa Xoşçeşm belə hesab edir. Onun sözlərinə görə, Tramp döyüş meydanındakı vəziyyətdən asılı olmayaraq məğlubiyyətini etiraf etmək istəmir. Professor Hürmüz boğazından keçən gəmilərin İranın nəzarətində olan dəhlizdən istifadə etdiyini bildirib. O, bunu ABŞ-nin müharibədə qarşıya qoyduğu məqsədlərə çata bilməməsinin göstəricisi sayır. Xoşçeşm ABŞ-nin bölgədəki səfirliklərinin minimum heyətlə fəaliyyət göstərməsinə dair göstərişə də diqqət çəkib. Onun fikrincə, bu qərar İrana qarşı genişmiqyaslı hücum hazırlığının əlaməti ola bilər. Lakin ABŞ administrasiyasının belə bir hücum barədə rəsmi qərar qəbul etdiyinə dair məlumat yoxdur.
Livan və İsrail arasında atəşkəs sazişi neft qiymətlərinin düşməsinə səbəb olub
Livan və İsrail arasında əldə olunmuş atəşkəs neft qiymətlərində enişə səbəb olub. Brent neftinin fyuçers qiyməti 96,67 dollar, ABŞ WTI neftinin qiyməti isə 95,12 dollar olub. Atəşkəs sazişi, ABŞ-İsrail-İran münaqişəsinin sona çatmasına və Hürmüz Boğazının yenidən açılmasına ümidləri artırıb. PVM analitiki Con Evans İranın Livana qarşı İsrail təcavüzünün dayandırılmasını tələb etdiyini və bu sahədə irəliləyiş olduğunu bildirib.
Çin ABŞ-İran münaqişəsini “yekunlaşdırmaq” üçün çıxış yolu təqdim edə bilər
Çin və Qloballaşma Mərkəzinin prezidenti Henri Vanq bildirib ki, Pekin ABŞ-İran münaqişəsinin sona çatdırılmasına kömək etmək üçün vasitəçi rolunu oynaya bilər. O, Çin tərəfindən Hörmüz boğazındakı ciddi məhdudiyyətlərin aradan qaldırılması təklifini dəstəkləyərək, müharibənin dayandırılmasının və ədalətli nəticə əldə edilməsinin vacibliyini vurğulayıb.
Çin nümunəsində kosmik kəşfiyyat müasir müharibələrə necə təsir edir?
ABŞ-ın İrana qarşı başlatdığı “Epik qəzəb” adlı hərbi əməliyyatdan sonra yaranan yeni reallıqda Çin birbaşa hərbi müdaxilədən yayınsa da, dolayı yolla münaqişənin gedişinə ciddi təsir göstərən əsas oyunçulardan birinə çevrilib. Xüsusilə kosmik müşahidə və peyk texnologiyaları Pekinin bu müharibədə “görünməyən güc” kimi çıxış etdiyini göstərir.
Tramp hələ 1988 - ci ilə İranın şah damarı Xark adası haqqında nələr demişdi?
İranın kiçik Xark adası bir tərəfdən ABŞ və İsrail, digər tərəfdən isə İran arasında davam edən müharibənin gedişatı ilə bağlı Qərbdə aparılan müzakirələrin mərkəzində dayanır. Bir sıra Qərb qəzetlərinin bu adanı və onun əhəmiyyətini işıqlandırması göstərir ki, bura ABŞ-İran münaqişəsində həlledici nöqtələrdən birini təmsil edə bilər.