Körfəz ölkələri strateji obyektlərdə təhlükəsizlik tədbirlərini gücləndirir
Körfəz ölkələri artan regional gərginlik fonunda təhlükəsizlik tədbirlərini gücləndirirlər. Strateji əhəmiyyətli obyektlər, o cümlədən neft və qaz müəssisələri, hava limanları və dəniz suyunun şirinləşdirilməsi qurğuları xüsusi mühafizəyə götürülüb. Hava hücumundan müdafiə sistemləri gücləndirilir, orduların döyüş hazırlığı artırılır. Bəhreyn İran istiqamətindən buraxıldığı bildirilən çoxsaylı pilotsuz uçuş aparatını və raketi zərərsizləşdirdiyini açıqlayıb. Ekspertlər genişmiqyaslı münaqişənin strateji infrastruktura zərər vura biləcəyini bildirirlər. Onların fikrincə, belə bir ssenari regional təhlükəsizlik və dünya iqtisadiyyatı üçün ciddi risk yaradar. Buna görə də bölgə ölkələri qarşıdurmanın diplomatik yolla həllinə üstünlük verirlər. Dialoqun təşviqi hazırda Körfəz dövlətlərinin əsas prioritetlərindən biri hesab olunur.
Süni intelekt müharibələrdə hərbi hədəfə çevrilə bilərmi?
Uzun illər ərzində hərbi planlaşdırıcılar strateji hədəflər siyahısında əsasən neft yataqlarına, elektrik stansiyalarına, limanlara, körpülərə və rabitə şəbəkələrinə üstünlük veriblər. Bu obyektlər iqtisadiyyatın əsas hərəkətverici qüvvəsi olmaqla yanaşı, hərbi əməliyyatların davamlılığını təmin edən mühüm dayaqlar hesab olunurdu. Onların fəaliyyətdən çıxarılması düşmənin silahlı qüvvələri ilə birbaşa qarşıdurmaya girmədən belə onun imkanlarını ciddi şəkildə zəiflədə bilirdi.
Bütün həssas mərkəzlərin elektrik təchizatı təmin olunur - İranın energetika naziri
İranın energetika naziri Abbas Əliabadi ölkədəki bütün strateji və həssas mərkəzlərin elektrik enerjisi ilə təminatının hazırda tam nəzarət altında olduğunu bəyan edib.
ABŞ və İsrail İranın strateji B1 körpüsünü vurdu
ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturunu tamamilə məhv edəcəkləri barədə xəbərdarlığından qısa müddət sonra, İranın Elburz əyalətində yerləşən strateji B1 körpüsü hava zərbələri ilə dağıdılıb.