Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb
Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsini təşviq etmək məqsədilə 50-dən çox interaktiv oyunun yer aldığı rəqəmsal platforma istifadəyə verilib. Bu barədə “Arab News” məlumat yayıb.
Cambridge Dictionary-yə 6000-dən çox yeni söz əlavə ediləcək
Böyük Britaniyada yerləşən Cambridge Dictionary-nin açıqlamasına görə, yeni sözlər arasında sosial mediada populyarlaşan "skibidi" və "tradwife" kimi ifadələr də yer alacaq. "Skibidi" sözü YouTube-da yayılan animasiya serialından qaynaqlanaraq bəzən “sərin”, bəzən də mənasız bir ifadə kimi işlədilir. "Tradwife" isə ənənəvi evdar qadın həyat tərzini təsvir etmək üçün istifadə olunur. Həmçinin, lüğətə “bro” və “oliqarxiya” sözlərindən əmələ gələn “broliqarxiya” da əlavə edilib. Bu termin son dərəcə varlı və güclü kişilərdən ibarət kiçik bir qrup, xüsusən də texnologiya sektorunda olanları təsvir etmək üçün istifadə olunur.