5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Ərəbcə-azərbaycanca quranşünaslıq terminləri lüğəti işıq üzü görüb

24 İyun 2024 18:06
Ərəbcə-azərbaycanca quranşünaslıq terminləri lüğəti işıq üzü görüb

Bakı, VOA

Tanınmış ilahiyyatçı alim tərəfindən qələmə alınmış Ərəbcə-azərbaycanca quranşünaslıq terminləri lüğəti Azərbaycanlı oxuculara təqdim edilib

VOA xəbər verir ki, AMEA-nın Akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, ilahiyyatçı Elvüsal Məmmədov bu haqda öz sosial media hesabında paylaşım edib.

O "Respublikamızda bu sahədə hər hansı vəsait hazırlanmadığı üçün, bir tərəfdən, yaranmış leksikoqrafik boşluğu doldurmaq, digər tərəfdən, ilahiyyat ixtisası üzrə təhsil alan tələbələrə, Quran elmləri ilə əlaqəli ədəbiyyatı orijinaldan oxuyan mütəxəssislərə, bu əsərlərin tərcüməsi ilə məşğul olan mütərcimlərə kömək məqsədilə “Ərəbcə-azərbaycanca quranşünaslıq terminləri lüğəti”ni yazmaq qərarına gəldik." - deyə, o qeyd edib.

Azərbaycanlı oxucuya təqdim edilən bu kitabda 2503 terminin Azərbaycan dilində mümkün qarşılığının verilməsi və izahına cəhd edilir. Buraya quranşünaslıq elmini əmələ gətirən ayrı-ayrı sahələrə: təfsir, təcvid, qiraət, təfsir üsulşünaslığı, təfsir tarixi, Quran leksikası və sairə aid terminlər, surələrin, Qurani-Kərimin, ayrı-ayrı bilik sahələrinin, quranşünas-ilahiyyatçıların, mütəxəssislərin adları daxildir.

Lüğətdə sözlər ərəb əlifbasına uyğun sıralanmışdır. Leksik korpusun əhəmiyyətli hissəsini Azərbaycan dilində birbaşa tərcüməsi olan sözlər təşkil edir. Belə sözlərin ərəbcə yazılışından sonra ya dilimizdəki birbaşa ekvivalenti, ya da təsviri tərcüməsi, bəzən isə mötərizədə izahı verilir.

Belə sözlərin dilimizdəki qarşılığı terminlərə xas yığcamlığa, konkret və aydın məzmuna sahib olduğu üçün ərəbcə variantının dilimizin qayda-qanunlarına uyğunlaşdırılmış transliterasiyasının verilməsinə lüzum qalmamışdır.
Elə terminlər də vardır ki, dilimizdə konkret qarşılığı yoxdur, bu səbəbdən ərəbcəsi transliterasiya olunaraq saxlanılmış, mümkün forma təsviri və izahı göstərilmişdir.

Çoxmənalı terminlərə gəlincə, əksər hallarda ərəbcə variantı olduğu kimi saxlanılmış, bəndlərdə izahı verilmişdir.
Dilimizdə birbaşa və konkret qarşılığı olan bəzi terminlərin ekvivalentləri ilə yanaşı, ərəbcə variantlarının da lüğətə daxil edilmişdir.

Bir sözlə, lüğətdə terminlərin ərəbcəsi, Azərbaycan dilindəki ekvivalenti, ərəbcə versiyasının dilimizin orfoqrafiya qaydalarına uyğun fonem transliterasiyası, hərfi mənası və izahı verilmişdir.

Müəllif, lüğətin təkcə ilahiyyat və dinşünaslıq mütəxəssisləri deyil, həm də müsəlman dini-mədəni fikri, Qurani-Kərim, tarixi və aidiyyatı bilik sahələri ilə maraqlanan hər kəs üçün faydalı olacağını, Azərbaycan terminologiya elminə, dilimizin terminoloji bazasının genişlənməsinə öz töhfəsini verəcəyinə ümid etdiyini bildirib.

Sonda müəllif, lüğətin ərsəyə gəlməsində əməyi olan hər kəsin adını çəkərək öz təşəkkürünü bildirmişdir.

Qeyd edək ki, əsərin baş redaktoru dosent Aqil Şirinov, elmi redaktorlaru f.f.d., dos. Mirniyaz Mürsəlov, Əbülfət Vəliyev, i.f.d. Aslan Həbibov və f.f.d., dos. İlkin Əlimuradovdur. 

Ərəbcə-azərbaycanca quranşünaslıq terminləri lüğəti işıq üzü görüb
Məqalədə: #Elvüsal Məmmədov #Ərəbcə-azərbaycanca #lüğət #quranşünaslıq

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında ərəb dilinin öyrənilməsi üçün oyun platforması yaradılıb

2 Sentyabr 10:22
31 avqustda ərəb dövlətlərində nə baş verdi?
Tarixdə bu gün

31 avqustda ərəb dövlətlərində nə baş verdi?

31 Avqust 03:00
Zümər suriəsi nədən bəhs edir?
Quran bələdçisi: Surələrin mahiyyəti

Zümər suriəsi nədən bəhs edir?

28 İyun 06:00
Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları
Quran bələdçisi: Surələrin mahiyyəti

Quranın qəlbi Yasin surəsi: Ayələrin mənası və əsas mövzuları

19 Aprel 13:03

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.