"The Unheard" serialını Livanlı rejissor Munia Akl çəkəcək
Serialda Keyt Uinslet ingilis aktrisası Maksin Pik ilə birlikdə planlaşdırdıqları qisas planı uğursuzluqla nəticələndikdən sonra qaçmağa məcbur olan iki bacını canlandıracaq. Hüquq-mühafizə orqanları tərəfindən təqib edilən bacılar onları zorakılığa sürükləyən sirlərlə üz-üzə qalırlar. Tənqidçilər serialın süjet xəttini Ridli Skottun məşhur "Telma və Luiza" (Thelma & Louise) filmi ilə müqayisə edirlər. Çəkilişlərinin 2027-ci ildə başlaması planlaşdırılan serialın yayım tarixi hələ açıqlanmayıb.
Britaniya hersoginyası filmə çəkiləcək
Britaniya şahzadəsi Harri ilə evləndikdən sonra aktyorluq fəaliyyətindən uzaqlaşan Meqan Marklın yenidən ekranlara qayıtması gündəmə gəlib. Onun “The Gentlemen” serialının üçüncü mövsümündə rol ala biləcəyi bildirilir. “CNN”ə danışan Meqan Markla yaxın mənbələrin sözlərinə görə, Sasseks hersoginyasının qarşıdakı dövrdə Londonda məskunlaşması onun aktyorluğa dönüş ehtimalını artırır. Qay Riçinin rejissoru olduğu serialın çəkilişlərinin Böyük Britaniyada aparılması da bu ehtimalı gücləndirir.
Pom Klementyeff iki ildən sonra yenidən Əbu-Dabi komiks festivalına qayıdır
Fransız aktrisa Pom Klementyeff gələn ay Əbu-Dabidə keçiriləcək Yaxın Şərq Film və Komiks Festivalında ("Middle East Film and Comic Con") iştirak edəcək. Bu, onun pop-mədəniyyət festivalına ilk gəlişindən iki il sonra əmirliyə növbəti səfəri olacaq. "Marvel" kinokainatının "Qalaktika Mühafizəçiləri" filmlərindəki Mantis obrazı ilə məşhurlaşan Klementyeff sentyabrın 11-13-də "ADNEC Center Abu Dhabi" məkanında baş tutacaq üçgünlük tədbir çərçivəsində sentyabrın 11-i və 12-də pərəstişkarları ilə görüşəcək.
Razan Camalın yeni filmi may ayında nümayiş olunacaq
Britaniyalı-livanlı aktrisa Razan Camal (Razane Jammal), 2026-cı ildə çəkilən “Asad” filmi ilə bir ərəb istehsalında ilk baş rolunu canlandırıb. Filmin mayın 21-də bütün Yaxın Şərqdə nümayiş olunacağı gözlənilir.