Zirehli texnikaların qorunma texnologiyaları: ERA və SLERA sistemləri nədir?
Müasir döyüş meydanında tankların və zirehli maşınların sağ qalma şansını artıran ən mühüm elementlərdən biri reaktiv zireh sistemləridir. Bu sistemlər pasiv zirehlərdən (sadə polad və ya kompozit qat qatı) fərqli olaraq, gələn təhlükəyə qarşı aktiv reaksiya verir.
Reaktiv zireh nədir? Tankların müdafiə qalxanının tarixi
Reaktiv zireh (Explosive Reactive Armour - ERA), müasir tankların və zirehli texnikaların kumulyativ (HEAT) və bəzi hallarda kinetik enerjili mərmilərə qarşı müdafiəsini təmin edən aktiv qorunma sistemidir. Bu sistem, tankın əsas polad zirehinin üzərinə yerləşdirilən xüsusi "qutulardan" ibarətdir.