Bu ölkədə İranla münaqişə fonunda Vətən xainlərinə qarşı mübarizə tədbirləri gücləndirilib
Bəhreyn Kralı Həməd bin İsa Al Xəlifə vətənin təhlükəsizliyinə xələl gətirənlərə qarşı dərhal sərt tədbirlərin görülməsi üçün vəliəhd, Baş nazir Salman bin Həməd Al Xəlifəyə rəsmi tapşırıq verib. VOA xəbər verir ki, bu tədbirlərə həmin şəxslərin Bəhreyn vətəndaşlığına layiq olub-olmadıqlarına yenidən baxılması da daxildir.