Meksikada genişmiqyaslı əməliyyat - “El Jardinero” saxlanıldı
Meksikada narkotik kartellərə qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində axtarılan əsas fiqurlardan biri ələ keçirilib. Meksika hakimiyyətinin keçirdiyi xüsusi əməliyyat zamanı “El Jardinero” ləqəbli narkotik qaçaqmalçısı Audias Flores Silva Nayarit ştatının El Mirador bölgəsində saxlanılıb.