5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Digər Dövlətlər
Digər Dövlətlər

Meksikada genişmiqyaslı əməliyyat - “El Jardinero” saxlanıldı

Meksikada narkotik kartellərə qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində axtarılan əsas fiqurlardan biri ələ keçirilib. Meksika hakimiyyətinin keçirdiyi xüsusi əməliyyat zamanı “El Jardinero” ləqəbli narkotik qaçaqmalçısı Audias Flores Silva Nayarit ştatının El Mirador bölgəsində saxlanılıb.

29 Aprel 2026 09:18
Meksikada genişmiqyaslı əməliyyat - “El Jardinero” saxlanıldı

BAKI,VOA, Orxan Qədirzadə

Meksikada narkotik kartellərə qarşı keçirilən genişmiqyaslı əməliyyat nəticəsində axtarılan əsas fiqurlardan biri ələ keçirilib.

VOA xəbər verir ki, Meksika hakimiyyətinin keçirdiyi xüsusi əməliyyat zamanı “El Jardinero” ləqəbli narkotik qaçaqmalçısı Audias Flores Silva Nayarit ştatının El Mirador bölgəsində saxlanılıb.

Meksikanın Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri Omar Qarsiya Harfuch bildirib ki, əməliyyat Hərbi Dəniz Qüvvələri tərəfindən planlaşdırılıb və xüsusi təyinatlı qüvvələrin iştirakı ilə həyata keçirilib. Onun sözlərinə görə, saxlanılan şəxs həm Meksikada, həm də ABŞ tərəfindən axtarışda olub.

Məlumata əsasən, əməliyyata təxminən 100 hərbçi, 6 helikopter və 4 təyyarə cəlb edilib. Şübhəlinin yanında 60 nəfərlik mühafizə qrupu və çoxsaylı nəqliyyat vasitələri olsa da, əməliyyat atışma olmadan başa çatdırılıb.

Rəsmi məlumatlarda qeyd olunur ki, təhlükəsizlik orqanları şübhəlinin fəaliyyətini təxminən 19 ay ərzində izləyib. ABŞ tərəfi onun yerinin müəyyənləşdirilməsi üçün 5 milyon dollara qədər mükafat elan etmişdi.

Audias Flores Silvanın “Jalisco Yeni Nəsil Karteli” (CJNG) ilə əlaqəli olduğu və kartelin əvvəlki lideri kimi tanınan El Mençonun varislərindən biri hesab edildiyi bildirilir.

Əməliyyatdan sonra bölgədə gərginlik artıb. Kartel üzvlərinin cavab reaksiyası olaraq bir sıra şəhərlərdə avtomobillərin yandırılması, yolların bağlanması və obyektlərin dağıdılması halları qeydə alınıb. Nayarit ştatının yerli hakimiyyəti əhaliyə zəruri olmadıqca evdən çıxmamaq barədə xəbərdarlıq edib.

Tecuala, Akaponeta və Ahuakatlan şəhərlərində baş verən hadisələr nəticəsində çoxsaylı nəqliyyat vasitələri və obyektlər yandırılıb.

Xatırladaq ki, bundan əvvəl Meksikada keçirilən hərbi əməliyyat zamanı kartelin lideri El Menço zərərsizləşdirilmişdi. Həmin hadisədən sonra ölkənin müxtəlif bölgələrində genişmiqyaslı zorakılıq və qarşıdurmalar baş vermiş, nəticədə onlarla insan həyatını itirmişdi.

Məqalədə: #Meksika kartel əməliyyatı #El Jardinero #Audias Flores Silva #CJNG karteli #El Menço #Nayarit ştatı #ABŞ axtarışı #Meksikada kartel lideri saxlanıldı #El Jardinero kimdir #CJNG karteli əməliyyatı 2026 #100 hərbçi ilə xüsusi əməliyyat #Meksika narkotik kartelləri xəbəri

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Digər Dövlətlər

Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib

4 Sentyabr 21:23
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
Digər Dövlətlər

ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib

4 Sentyabr 21:18
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.