3 saatda 50 paylaşım - Trampın gecə paylaşımları ABŞ-də niyə müzakirə yaratdı?
ABŞ prezidenti Donald Tramp sosial media platformasında ardıcıl paylaşdığı çoxsaylı mesajlarla yenidən diqqət mərkəzinə düşüb. Məlumata görə, Tramp üç saat ərzində 50-dən çox paylaşım edərək siyasi rəqiblərini hədəf alan videolar, süni intellekt vasitəsilə hazırlanmış satirik görüntülər və müxtəlif iddialar yayıb.