II Azərbaycan–Özbəkistan Media Forumu öz işini yekunlaşdırıb
30 sentyabr tarixində Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal Transformasiya vəMedia” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumunun açılış mərasimi olub. Forum Azərbaycan və Özbəkistan arasında media sahəsində əməkdaşlıq əlaqələrinə həsr olunmuş videoçarxla başlayıb. Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov forum iştirakçılarını salamlayaraq bildirib ki, Azərbaycan və Özbəkistan xalqları arasında olan tarixi bağlar bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti cənab Şavkat Mirziyoyevin güclü siyasi iradəsi, uzaqgörən liderliyi nəticəsində yüksək mərhələyə çatmışdır. İkitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinəyüksəlməsinin bütün sahələrdə, o cümlədən media sahəsində əməkdaşlığın gücləndirilməsi üçün geniş imkanlar açdığını vurğulayan İcraçı direktor qeyd edib ki, rəqəmsal media mühitinin nizama salınması, yeni texnologiyaların tətbiqi və jurnalistikanın peşəkar standartlarının qorunması istiqamətində qarşılıqlı təcrübə vəbilik mübadiləsi hər iki ölkənin media sektorunun inkişafına mühüm töhfə verəcək.
II Azərbaycan – Özbəkistan Media Forumunda ilk panel sessiya keçirilir
II Azərbaycan – Özbəkistan Media Forumu çərçivəsində“Rəqəmsal dövrdə media tərəfdaşlığı: İnformasiya təhlükəsizliyi istiqamətində birgə təşəbbüslər” mövzusunda panel sessiya keçirilib.
Dövlət başçılarının siyasi iradəsi nəticəsində ölkələrimiz media sahəsində yeni imkanlar əldə edib - İsmət Səttarov
Azərbaycan və Özbəkistan xalqlarını sadəcə ortaq tarix və mədəniyyət deyil, eyni zamanda qardaşlıq, dostluq və bir-birinə bağlılıq duyğuları birləşdirir.Bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
Bu Forum Azərbaycan və Özbəkistan mediası arasında gələcək əməkdaşlığın genişlənməsi üçün uğurlu platforma olacaq - İsmət Səttarov
Media sahəsində əməkdaşlığımız bu güclü əlaqələrin vacib bir hissəsidir.Bu sözləri Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.
Bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai etimad əsas dəyərə çevrilib - Əhməd İsmayılov
Dövlət orqanlarının kommunikasiyaya məsul şəxslərinin və jurnalistlərin təcrübə mübadiləsinin, hər iki ölkənin ictimai rəyinin formalaşmasında ciddi təsir imkanına malik şəxslərinin şəbəkələşməsinin təşkil olunması birgə platformamızın əhəmiyyətinin göstəricisidir.
Azərbaycan və Özbəkistan media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi üçün intensiv qaydada işlər görülüb - Əhməd İsmayılov
Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında effektiv əməkdaşlıq əlaqələri qurulmuş, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin qarşılıqlı fəaliyyəti istiqamətində vacib nəticələr əldə olunmuşdur
Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir - Əhməd İsmayılov
Azərbaycan və Özbəkistan xalqlarını əsrlərin dərinliklərindən gələn qardaşlıq telləri birləşdirir.
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Media İnkişaf Agentliyinin İcraçı direktoru arasında görüş keçirilib
23 sentyabr 2025-ci il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova ilə Azərbaycan Respublikasının Mediasının İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov arasında görüş baş tutub. Görüşdə Türk dövlətləri ilə Azərbaycan arasında media əlaqələrinin mövcud vəziyyəti müzakirə olunub, qarşılıqlı fəaliyyətin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb. Əhməd İsmayılov Fondla əməkdaşlığın gələcəkdə ortaq layihələrin icrasına zəmin yaradacağını və birgə fəaliyyətin səmərəliliyini artıracağını qeyd edib.