10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət
Cəmiyyət

Bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai etimad əsas dəyərə çevrilib - Əhməd İsmayılov

Dövlət orqanlarının kommunikasiyaya məsul şəxslərinin və jurnalistlərin təcrübə mübadiləsinin, hər iki ölkənin ictimai rəyinin formalaşmasında ciddi təsir imkanına malik şəxslərinin şəbəkələşməsinin təşkil olunması birgə platformamızın əhəmiyyətinin göstəricisidir.

30 Sentyabr 2025 11:43
Bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai etimad əsas dəyərə çevrilib - Əhməd İsmayılov

BAKI, AzerVoice

Dövlət orqanlarının kommunikasiyaya məsul şəxslərinin və jurnalistlərin təcrübə mübadiləsinin, hər iki ölkənin ictimai rəyinin formalaşmasında ciddi təsir imkanına malik şəxslərinin şəbəkələşməsinin təşkil olunması birgə platformamızın əhəmiyyətinin göstəricisidir.

AzerVoice xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Rəqəmsal Transformasiya və Media" mövzusunda II Azərbaycan-Özbəkistan Media Forumunda çıxış edərkən deyib.

O bildirib ki, ötən il Daşkənd şəhərində keçirilmiş Özbəkistan-Azərbaycan Media Forumu "Rəqəmsal dövrdə həqiqət axtarışında: Dezinformasiyaya qarşı mübarizə" adlanırdı:

"Texnoloji inkişaf özü ilə birlikdə sərhədləri aşan, ölkələrin informasiya mühitini çirkləndirən nüanslar da gətirməkdədir. Bu kontekstdə dezinformasiyaya qarşı mübarizə ölkələrimiz üçün prioritet təşkil edən məsələlərdəndir. Xatırlayırıq ki, forum çərçivəsində aparılan müzakirələrdə bu məsələlər ətrafında maraqlı fikirlər səslənmiş, atılacaq addımlarla bağlı praktik tövsiyələr verilib. Bu dəfəki forumumuz da media gündəminin daim diqqətdə saxladığı və jurnalistikanın müasir inkişaf tempindən irəli gələn mövzuya – "Rəqəmsal transformasiya və media" məsələsinə həsr olunmuşdur. Qeyd edək ki, bugünkü müzakirəmizin mövzusu – rəqəmsal transformasiya və media – sadəcə texnoloji yenilikləri ehtiva etmir, eyni zamanda cəmiyyətlərin informasiyaya münasibətini, media kontentinin dərk edilməsini, bütövlükdə jurnalistikanın gələcəyini şərtləndirən, onu köklü şəkildə dəyişdirən bir prosesi nəzərdə tutur".

O qeyd edib ki, indi xəbərlər yalnız ənənəvi media modelləri olan qəzet səhifələrində və ya televiziya ekranlarında deyil, mobil telefonların ekranlarında, sosial şəbəkə lentlərində və süni intellekt tərəfindən hazırlanmış analitik platformalarda formalaşır.

"Əgər ötən illərdə əsas prioritet informasiyanın sürətli çatdırılması idisə, bu gün etibarlılıq, fakt yoxlanışı və ictimai etimad əsas dəyərə çevrilib. Bu prosesi, qlobal trendləri təhlil edərkən belə qənaətə gələ bilərik ki, medianın gələcəyi təkcə jurnalistlərin deyil, bütün ictimai institutların birgə səylərindən asılıdır. Rəqəmsal transformasiya qarşısında seçimimiz yoxdur – biz bu prosesin müşahidəçisi yox, fəal iştirakçısı olmalıyıq. Əminik ki, forum çərçivəsində qarşılıqlı əməkdaşlıq, bilik və təcrübə mübadiləsi ilə bu texnoloji tərəqqini ölkələrimizin inkişafı, vətəndaşlarımızın daha keyfiyyətli informasiya təminatı üçün üstünlüyə çevirə bilərik" - deyə o vurğulayıb.

Məqalədə: #Özbəkistan #Medianın İnkişafı Agentliyi #Əhməd İsmayılov #əməkdaşlıq #MEDİA #Azərbaycan Respublikasının Media İnkişafı Agentliyi #Media Forum #dezenformasiya #rəqəmsal təhlükə

Mövzu üzrə digər xəbərlər

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri
İslam və həyat: Şəriət, tarix, əxlaq

Abbasilər və Əməvilər dövründə poeziya - Tarixin yaddaşında qalan ərəb qadın şairləri

09:00
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
Texnologiya

OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib

9 Sentyabr 21:19
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Texnologiya

Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır

9 Sentyabr 14:33
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Texnologiya

Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub

9 Sentyabr 13:00

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.