Fələstin Administrasiyası İsrail yaşayış məntəqələrinə qarşı sanksiyaları alqışlayıb
Fələstin Administrasiyası 12 ölkənin İsrailin işğal olunmuş İordan çayının qərb sahilindəki qanunsuz yaşayış məntəqələrinə qarşı ticarət sanksiyalarını hesabatlılıq istiqamətində mühüm addım kimi qiymətləndirib.
BMT-nin Suriya üzrə komissiyası ölkədəki bərpa prosesini müsbət qiymətləndirib
BMT-nin Suriya üzrə Müstəqil Beynəlxalq Təhqiqat Komissiyası ölkədə yenidənqurma işlərinin sürətlənməsini və hesabatlılıq institutlarının yaradılması istiqamətində əldə olunan irəliləyişi alqışlayıb.
Məcburi evdən çıxarma və məcburi köç hallarının monitorinqi üçün daimi çoxtərəfli mexanizmlər yaradılmalıdır - WUF13-ün yekun sənədi
«Bakı Fəaliyyətə Çağırış» sənədində məcburi evdən çıxarma və məcburi köç hallarının beynəlxalq hüququ pozan və mənzil təhlükəsizliyinə mənfi təsir göstərən praktikalar olduğu vurğulanır. Sənəd çağırış edir ki, hüquqi təminatlar, preventiv mexanizmlər, monitorinq və hesabatlılıq sistemləri gücləndirilsin, icmaların iştirakı və yerində modernləşdirmə tətbiq edilsin, eyni zamanda köçün qarşısının alınmasının mümkün olmadığı hallarda adekvat kompensasiya və alternativ həllər təmin olunsun.