Avropa İttifaqı miqrasiya siyasətini sərtləşdirir - Qeyri-qanuni miqrantların üçüncü ölkələrə göndərilməsi gündəmdədir
Avropa İttifaqında miqrasiya siyasətinin daha da sərtləşdirilməsi istiqamətində mühüm razılıq əldə olunub. Avropa Parlamentinin üzvləri və ittifaqa daxil olan ölkələrin nümayəndələri qeyri-qanuni miqrasiya ilə mübarizəni gücləndirməyə yönəlmiş yeni mexanizmlər üzərində razılığa gəliblər.