İran Azərbaycanla yükdaşıma sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirir - İranlı nazir
İran qonşu ölkələrlə, o cümlədən Azərbaycan, Türkmənistan, Rusiya, Qazaxıstan, Özbəkistan və digər ölkələrlə yükdaşıma və tranzit sahəsində qarşılıqlı əlaqələri inkişaf etdirir. TurkicWorld-in məlumatına görə, bunu İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq İran parlamentinin abadlıq komitəsinin üzvlərinin iştirakı ilə keçirilən iclasda deyib. Onun sözlərinə görə, İranda tranzit və yükdaşıma sahəsində layihələr və dəhlizlər əhəmiyyəti nəzərə alınaraq diqqət mərkəzində saxlanılır. Sadiq bildirib ki, bu istiqamətdə Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində Rəşt-Astara dəmiryolunun tikintisi çərçivəsində əməliyyatlar davam etdirilir. Hazırda dəmiryolu xəttinin keçdiyi ərazinin mülkiyyətinin satın alınması işləri yekunlaşdırılıb.
Bakı–Ağdam qatarı 32 ildən sonra yola düşüb
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib. İlk qatar bu gün saat 07:10-da Bakı Dəmiryol Vağzalından yola düşüb. Qeyd edək ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:00-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.
Çinin Sian Limanında ilk dəfə ADY-nin nümayəndəsi təyin edildi və konteyner meydançası açıldı
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) ilə Çinin “Xi'an Free Trade Port Construction and Operation Co., Ltd.” şirkəti (Sian Limanı) arasında Anlaşma Memorandumu imzalanıb.
Azərbaycan və Belarus arasında dəmir yolu ilə müntəzəm yükdaşımaların təşkili müzakirə edilib
Bu gün Bakıda "Azərbaycan Dəmir Yolları" QSC (ADY) sədrinin müavini Arif Ağayev və Belarus Dəmir Yollarının (BDY) sədr müavini Andrey Yakobsonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib.
ADY yaşıl dünya naminə kütləvi iməcilik keçirib
“Azərbaycan Dəmir Yolları” QSC (ADY) COP29-a hazırlıq çərçivəsində noyabrın 2-də Bakı şəhəri üzrə dəmir yolunun təhkim zolaqlarında kütləvi iməcilik aksiyası keçirib.