"Yeni Qəzzada UNRWA-ya yer yoxdur" açıqlaması müzakirələri alovlandırdı - Qaçqınların geri qayıdış hüququ təhlükə altındadır?
Qəzza zolağında fəaliyyət göstərən Sülh Şurasının "Yeni Qəzzada Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkili Agentliyinə (UNRWA) yer yoxdur" bəyanatı Fələstin ictimaiyyətində və siyasi dairələrdə geniş müzakirələrə səbəb olub. Müşahidəçilər hesab edirlər ki, bu açıqlama təkcə BMT agentliyinin gələcəyi ilə bağlı deyil, həm də milyonlarla fələstinli qaçqının geri qayıdış hüququnun taleyi barədə ciddi suallar doğurur.