Azərbaycan vətəndaşları Türkiyədə mənzil və iş yeri alışlarını artırıb (ÖZƏL)
2026-cı ilin iyul ayında Azərbaycan vətəndaşları Türkiyədə 72 mənzil və 7 iş yeri olmaqla ümumilikdə 79 daşınmaz əmlak obyekti satın alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə artım təşkil edib. Belə ki, ötən ilin iyul ayında Azərbaycan vətəndaşları tərəfindən Türkiyədə 75 mənzil və 3 iş yeri alınıb.