Pentaqon raketdən müdafiə vasitələrinin istehsalını artırmaq üçün yeni sazişlər bağlayıb
ABŞ Müdafiə Nazirliyi raketdən müdafiə vasitələrinin istehsalını artırmaq üçün “Boing” və “RTX” şirkətləri ilə çərçivə sazişləri bağlayıb. Sazişlər “SM-3 Blok 2A” və “SM-3 Blok 1B” raket əleyhinə vasitələr üçün hissələrin istehsalının artırılmasını nəzərdə tutur. Bu vasitələr gəmilərdən buraxılır və “Aegis” ballistik raketlərdən müdafiə sisteminin əsas elementlərindən hesab olunur. Qərar Pentaqonun ABŞ müdafiə sənayesinə silah istehsalını sürətləndirmək çağırışından sonra qəbul edilib. İranla uzunmüddətli müharibə fonunda ABŞ-ın sursat ehtiyatlarının vəziyyəti diqqət mərkəzinə düşüb. Bəzi hücum və müdafiə təyinatlı silahların ehtiyatlarının təhlükəli dərəcədə azaldığı barədə məlumatlar yayılıb. Ağ Ev isə ABŞ ordusunda sursat çatışmazlığı yarandığını inkar edib. Yeni sazişlərin məqsədi ABŞ-ın raketdən müdafiə imkanlarını və silah istehsalı gücünü artırmaqdır.
Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdik - Zelenski
Volodimir Zelenski Donald Tramp ilə "Patriot" raketlərinin Ukraynada istehsalını müzakirə etdiyini bildirib. Görüşdə bu məqsədlə lisenziyalaşdırma imkanları nəzərdən keçirilib. Hələlik hər hansı razılaşmanın əldə edildiyi açıqlanmayıb. ABŞ son müharibə zamanı "Patriot" raketlərindən geniş istifadə edib. Bu sistemlər yalnız RTX və Lockheed Martin tərəfindən istehsal olunur. Silahların istehsalı uzun müddət tələb edir. Zelenskinin görüşü Netanyahunun Ağ Evə səfərindən əvvəl keçirilib.