Türkiyə illik 500 milyon dollar tranzit gəliri əldə edəcək
Türkiyə ilə İraq arasında imzalanan yeni neft sazişi çərçivəsində Türkiyə hər il təxminən 500 milyon dollar həcmində neft nəqli gəliri əldə edəcək. Bu barədə Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib. Nazir A Haber televiziya kanalına müsahibəsində deyib ki, avqustun 1-də imzalanan razılaşmaya əsasən, İraq tərəfi gündəlik 750 min barel neftin mövcud boru kəmərləri ilə daşınmasına dair öhdəlik götürüb.
Türkiyə İraqda rolunu artırır
Türkiyə Petrolları Anonim Ortaqlığı (TPAO) İraqdakı Kərkük neft yataqlarının inkişafı layihəsində mühüm tərəfdaşlardan birinə çevrilib. Şirkət BP və ConocoPhillips ilə birlikdə yaradılan konsorsiumda 15 faiz pay əldə edib. Razılaşma çərçivəsində TPAO, BP və ConocoPhillips Kərkükdəki Baba və Avanah strukturları, eləcə də Bai Hassan, Jambur və Khabbaz yataqlarında hasilatın artırılması istiqamətində birgə fəaliyyət göstərəcək.