İsraildə 27 Oktyabr seçkiləri - Liberal demokratiya ilə dindar-mühafizəkar model arasında tarixi seçim olacaq
İsrail 27 oktyabr tarixində ölkə tarixinin bəlkə də ən həlledici parlament seçkilərinə hazırlaşır. Bu dəfə əsas siyasi rəqabət təkcə qonşu dövlətlərlə münaqişələr və ya fələstinlilərlə münasibətlər ətrafında dönməyəcək. Səsvermənin əsas mahiyyəti İsrailin 1948-ci ildə baniləri tərəfindən təməli qoyulmuş liberal-demokratik dövlət modelini qoruyub saxlayacağı, yoxsa ultradindar (Haredi) və sağçı təsirlərin üstünlük təşkil etdiyi illiberal idarəetməyə doğru daha sürətlə sürüşəcəyi sualına cavab tapmaq olacaq.
İsraildə parlament seçkilərində əsas iddiaçılar kimlərdir?
İsraildə 27 oktyabr tarixində ümumi parlament seçkiləri təşkil olunacaq. “Reuters” agentliyinin məlumatına görə, bu, “HƏMAS” qruplaşmasının 7 oktyabr 2023-cü il tarixində həyata keçirdiyi, ölkə daxilində dərin sarsıntı yaradan və İsrailin Qəzzə, Livan və İranla hərbi münaqişələrə cəlb olunması ilə Yaxın Şərqi gərginlik fəzaına sürüyən hücumundan sonra keçirilən ilk seçki olacaq.