Mubadala Energy 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb
Əbu-Dabidə yerləşən beynəlxalq enerji şirkəti “Mubadala Energy” 2025-ci il üzrə dayanıqlılıq hesabatını açıqlayıb.Bu barədə BƏƏ-nin rəsmi xəbər agentliyi WAM məlumat yayıb. Hesabata əsasən, şirkət idarə etdiyi aktivlər üzrə 1-ci və 2-ci əhatə dairəsinə daxil olan istixana qazı emissiyalarını 30,9 faiz azaldıb. Orta emissiya intensivliyi 12,4 faiz, məşəl qazının intensivliyi isə 33,9 faiz azalıb.
Qatar Airways-dən möhtəşəm uğur
“Qatar Airways” qlobal aviasiya sənayesində növbəti nüfuzlu zirvəni fəth edərək, dünyanın emissiya baxımından ən səmərəli böyük aviaşirkəti (“World’s Most Emission-Efficient Large Carrier”) adına layiq görülüb. Bu mükafat aviaşirkətin ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və davamlı aviasiya yanacağından istifadə sahəsindəki qətiyyətli fəaliyyətinin beynəlxalq səviyyədə tanınmasıdır.