Kolumbiyada andiçmə mərasimi ərəfəsində partlayıcı yüklü avtobus zərərsizləşdirilib
Kolumbiyada yeni seçilmiş prezident Abelardo de la Espriellanın andiçmə mərasiminin keçiriləcəyi Kali şəhəri yaxınlığında yerləşən magistral yolda partlayıcı yüklü avtobus aşkarlanaraq zərərsizləşdirilib. Kolumbiya hüquq-mühafizə orqanlarının məlumatına görə, Panamerika magistralında həyata keçirilən "Prometey Əməliyyatı" çərçivəsində təxminən 420 kiloqram ammonium nitratdan hazırlanmış partlayıcı qurğu nəzarətli şəkildə zərərsizləşdirilib.