Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb
Panama bayraqlı “Ocean Winner” yük gəmisi Hindistanın şərq sahillərində batıb. Gəmidə 24 heyət üzvü olub. Onlardan 20-si Çin, üçü Myanma, biri Banqladeş vətəndaşıdır. Gəmi Odişadan Sinqapura dəmir filizi aparırdı. Hindistan Sahil Mühafizəsi indiyədək iki nəfəri sağ xilas edib. Digər heyət üzvlərinin axtarışı davam edir. Əməliyyata Hindistan Sahil Mühafizəsi və Hərbi Dəniz Qüvvələri cəlb olunub. Gəminin batmasının səbəbi hələlik məlum deyil.
Pit Heqset “Abraham Linkoln” gəmisindəki ağır şəraitlə bağlı məlumatları təkzib edib
ABŞ-nin müdafiə naziri Pit Heqset “Abraham Linkoln” təyyarədaşıyan gəmisində ağır xidmət şəraiti ilə bağlı məlumatları təkzib edib. O, yayılan məlumatların həqiqəti düzgün əks etdirmədiyini bildirib. Hegset gəmi heyətinin bütün zəruri vasitələrlə təmin edilməsinə çalışıldığını vurğulayıb. “Abraham Linkoln” təyyarədaşıyan gəmisinin 250 gündən artıqdır dənizdə olduğu bildirilir. ABŞ senatoru Riçard Blumental gəmidə əsas tələbat mallarının çatışmazlığı ilə bağlı Müdafiə Nazirliyindən açıqlama tələb edib. O, içməli suyun çirklənməsi, su və kanalizasiya sistemində nasazlıqlar və göyərtədə təhlükəsizlik problemləri barədə məlumatlara diqqət çəkib. Senator uzunmüddətli xidmətin hərbçilərin ruh halına mənfi təsir göstərdiyinə dair narahatlıqları da gündəmə gətirib. Hegset isə dənizçilərin çətin şəraitdə xidmət etdiyini qəbul etsə də, onların təminatı ilə bağlı yayılan məlumatların təhrif olunduğunu bildirib.
Bu gün Panama kanalı Panamaya təhvil verildi
Müxtəlif layihələr hazırlandı, lakin heç biri reallaşmadı. ABŞ-ın kanal tikintisinə marağı isə ölkənin qərbə doğru genişlənməsi və 1848-ci ildə baş verən Kaliforniya qızıl axını ilə gücləndi.
ABŞ Venesuela sahillərində daha bir tankeri saxlayıb
ABŞ Panamada qeydiyyatda olan “Bella 1” tankerini Venesuela limanında neft yüklənməsi gözlənilən vaxt saxlayıb.
Futbol üzrə DÇ-2026-nın püşkatma mərasimi keçirilib
ABŞ, Kanada və Meksikanın 2026-cı ildə ev sahibliyi edəcəyi dünya çempionatının püşkatma mərasimi keçirilib.
Panama və Qrenlandiya ilə bağlı hər ehtimalı nəzərə alırıq - Hegseth
ABŞ Müdafiə Naziri Pit Hegseth Nümayəndələr Palatasında keçirilən dinləmələr zamanı Panama və Qrenlandiyanın “zorla ələ keçirilməsi” ehtimalı ilə bağlı sualları cavablandırıb.
Trampın müharibələri bitirmə strategiyası: Geosiyasət yox, geo-iqtisadiyyat
Ruzvelt Ceyms Monro doktrinasına inansa da, onu inkişaf etdirərək Amerika qitəsində ABŞ-ın nüfuz zonasını müəyyənləşdirdi və lazım gəldikdə hərbi müdaxiləni dəstəklədi