Naxçıvan MR-də dəmir yollarının tikinti-bərpa işlərindən görüntülər
"Azərbaycan Dəmir Yolları" QSC Naxçıvan Muxtar Respublikasında dəmir yolu infrastrukturunun yenidən qurulması və modernləşdirilməsi üçün layihələndirmə işlərini başa çatdırıb və artıq Ordubad rayonunda, Ermənistanla sərhəddə tikinti işlərinə start verilib.
Zəngəzur dəhlizi Türk dünyasının iqtisadi inteqrasiyasını gücləndirəcək - Səlahiyyətli nümayəndə
Naxçıvanda keçirilən forumda çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Zəngəzur dəhlizinin bölgənin gələcək iqtisadi mənzərəsini müəyyən edən əsas layihələrdən biri olduğunu bildirib.
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç karvanı yola salınıb
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Azərbaycan gələn il Horadiz-Ağbənd xəttini Ermənistan sərhədinə qədər çatdıracaq
Xətti 2026-cı ildə Ermənistan sərhədinə çatdırmağı planlaşdırırıq.
Azərbaycan–Ermənistan sülh sazişi imzalanarsa, Türkiyə Ermənistanla normallaşmaya hazırdır - Hakan Fidan
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Ankara Ermənistanla münasibətlərin normallaşdırılması məsələsində siyasətini dəfələrlə elan edib və bu mövqeyə sadiqdir. Onun sözlərinə görə, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandığı zaman Türkiyə Ermənistanla normallaşmaya başlamağa hazır olacaq. Fidan qeyd edib ki, Ermənistanın bölgədə sülhə bu qədər maraqlı olmasının əsas səbəbi Türkiyənin münasibətləri normallaşdırmağa hazır olduğunu görməsidir.
Əlaqələndirmə Qərargahının üzvləri Zəngəzur dəhlizi üzrə görülən işlər və Ağbənd-Kəlalə körpüsünün inşası prosesi ilə tanış olublar
Regionda nəqliyyat əlaqələrinin yaradılmasında xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Ağbənd–Kəlalə körpüsü mühüm qovşaq və kəsişmə nöqtəsidir - Hikmət Hacıyev
Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" hesabında Zəngəzur dəhlizindən video paylaşıb.
Prezident İlham Əliyev: Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir
Zəngəzur dəhlizinin tikintisi başa çatmaq üzrədir.
Destruktiv dairələr Zəngəzur dəhlizinin reallaşdırılmasına maneçilik törətməyə çalışır – Əli Nağıyev
Xankəndi şəhərində Türk Dövlətlərinin Xüsusi Xidmət Orqanları Konfransının XXVII plenar iclası keçirilib.
Zəngəzur dəhlizi: Asiya və Avropanın uzlaşma layihəsi
Cənubi Qafqaz artıq keçmişin inersiyasından çıxaraq dərin transformasiya mərhələsinə qədəm qoyub. Onilliklər boyu davam edən nəqliyyat təcridi, münaqişələr və geosiyasi qarşıdurmalar dövrü sürətli tikinti və strateji planlaşdırma mərhələsi ilə əvəzlənib. Bir vaxtlar böyük güclərin toqquşma meydanı sayılan region indi Avrasiya logistikasında müstəqil oyunçuya çevrilir. Bu yeni memarlıqda həlledici rol Zəngəzur dəhlizinə məxsusdur - o, sadəcə nəqliyyat arteriyası deyil, qarşıdurmadan qarşılıqlı asılılığa keçidin simvoludur.
Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun mərhələyə çatır - Hikmət Hacıyev
Zəngəzur dəhlizi Azərbaycan-Ermənistan sərhədinə doğru yekun mərhələyə çatır.
Diplomatların Cəbrayıl və Zəngilana səfəri zamanı əsas diqqət Zəngəzur dəhlizinin tikintisinə yönəldəcəyik - Hikmət Hacıyev
Biz Prezident İlham Əliyevin izi ilə diplomatik korpusun üzvləri ilə birlikdə Cəbrayıl və Zəngilan rayonlarında səfərdəyik.