10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkiyə müdafiə sənayesi “Dünya Müdafiə Şousu” sərgisində iştirak edəcək

5 Fevral 2024 13:54
Türkiyə müdafiə sənayesi “Dünya Müdafiə Şousu” sərgisində iştirak edəcək

Bakı. AzerVoice:

Türkiyə müdafiə sənayesi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən “Dünya Müdafiə Şousu (WDS)” sərgisində 63 firma ilə iştirak edəcək.

AzerVoice-un məlumatına görə, Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda ikinci dəfə təşkil edilən WDS yarmarkasında Türkiyə müdafiə sənayesini 63 şirkət təmsil edir.

Dünyanın hər yerindən yüksək səviyyəli rəsmi nümayəndə heyətlərinin iştirakı ilə keçirilən yarmarkada müdafiə sənayesinin quru, dəniz və hava hücumundan müdafiə sektorunda ən son texnologiyalar nümayiş etdirilib.

"Mən hesab edirəm ki, biz yalnız SSB və ya böyük şirkətlərimizi, inteqrator şirkətlərimizi və subpodratçılarımızı deyil, bütün müdafiə sənayemizi təmsil etmək üçün burdayıq",- deyə Haluk Görgün bildirib.

Görgün, Türkiyənin 63 şirkətlə WDS-də ən çox iştirak edən ikinci ölkə olduğunu və ümumi ərazinin 15 faizini türk şirkətləri ilə doldurduğunu bildirib. Yarmarkada ən böyük sahədən istifadə edən ölkənin Türkiyənin olduğunu vurğulayan Görgün, şirkətlərin gün ərzində yarmarka xaricində müxtəlif görüşlər keçirdiklərini, “xoşməramlı razılaşmalar” etdiklərini və gələcək üçün planlar qurduqlarını bildirib.

"Şirkətlərimizin demək olar ki, hamısının irili-xırdalı, gələcək üçün uzunmüddətli araşdırmaları nəzərdə tutan bir çox müqavilələri var və bunlar planlaşdırılıb və yarmarka boyu davam edəcək. Biz burada həmsöhbətlərimizlə də görüşlər keçiririk. Mümkün imkanları müzakirə edərkən bir-birimizi görüşlərə dəvət edirik. Bu, çox yaxşı haldır. Ümid edirik ki, gələcəkdə bunların daha müsbət nəticələrini görəcəyik",- deyə Görgün bildirib.

Şəbəkələrin qurulması, tərəfdaşlıqların qurulması, məlumat mübadiləsi, bütün müdafiə sahələrində yeniliklərin və istedadların üzə çıxarılması üçün mühüm platforma yaradan yarmarka fevralın 8-dək ziyarətçilərini qəbul etməyə davam edəcək.

Aytac Süleymanova

Twitter: a_alieva_

Məqalədə: #Səudiyyə Ərəbistanı #Türkiyə müdafiə sənayesi #Haluk Görgün

Mövzu üzrə digər xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.