10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İstanbulda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edib.

26 Oktyabr 2024 16:44
Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib

Bakı,AzerVoice

Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı keçirilib, toplantının yekunlarına dair Birgə Bəyannamə qəbul edilib.

AzerVoice İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir ki, İstanbulda Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısı keçirilib. İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti tədbirdə iştirak edib.

Türkiyənin sənaye və texnologiyalar naziri Mehmet Fatih Kacır qonaqları salamlayaraq toplantının işinə uğurlar arzulayıb. Keçiriləcək müzakirələrin və ikitərəfli görüşlərin səmərəli olacağına, gələcək əlaqələrin daha da möhkəmləndirilməsinə töfhə verəcəyinə ümidvar olduğunu bildirib.

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Omuraliyev təşkilata üzv dövlətlər arasında tarixi və mədəni ortaqlığın zəruriliyindən irəli gələn əməkdaşlığın önəmini vurğulayıb və qarşılıqlı fəaliyyətin gücləndirilməsində toplantının əhəmiyyətli olacağına əminliyini ifadə edib.

Toplantıda çıxış edən iqtisadiyyat naziri Mikayıl Cabbarov qardaş Türkiyəyə səmimi qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Qeyd edilib ki, Türk dövlətləri arasında birgə fəaliyyətin gücləndirilməsi ölkələrimizin rifahına, iqtisadi artıma və dayanıqlı inkişafa təminat verir. Q Azərbaycan türk dövlətləri ilə əməkdaşlığı yüksək qiymətləndirir, türk dünyasındakı inteqrasiya proseslərinə dəstək verir. Vurğulanıb ki, İstanbulda keçirilən bügünkü tədbir qeyri-neft sənayesinin inkişafı, ticarət və investisiyaların təşviqi, KOB, müasir texnologiyaların tətbiqi, elm, innovasiya və rəqəmsallaşma sahələrində təşəbbüslərimizin artırılması imkanlarının dəyərləndirilməsi baxımından əhəmiyyətli olacaqdır.

Bildirilib ki, "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" sənədində "Təmiz ətraf mühit və "yaşıl artım" ölkəsi" prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilib, ekoloji təmiz texnologiyaların tətbiqinə əhəmiyyətli yer verilməsi, tullantıların təkrar emalı, çirklənmiş ərazilərin bərpasının təşviqi, ekoloji baxımdan əlverişli olan "yaşıl" texnologiyaların tətbiqinin genişləndirilməsi ilə bağlı tədbirlər nəzərdə tutulub. Həmçinin işğaldan azad olunmuş ərazilərdə dövlət tərəfindən yeni sənaye zonalarının yaradılması, bu ərazilərdə sahibkarlar üçün əlverişli təşviq paketlərinin qəbulu, regionun yaşıl enerji zonası elan edilməsi inkişafın sürətləndirilməsinə yönəlmiş addımlardandır.

İqtisadiyyat naziri bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına – COP29-a ev sahibliyi edəcək ölkəmizin elan etdiyi müxtəlif qlobal təşəbbüsləri də diqqətə çatdırıb.

Tədbirdə qeyd edilib ki, TDT ölkələri üçün investisiyalar iqtisadi inkişaf və makroiqtisadi sabitliyin təmin olunmasında əhəmiyyətli rol oynayır. Bundan irəli gələrək investisiyalar sahəsində də TDT ölkələri arasında son illərdə mühüm işlər görülüb, üzv dövlətlərinin iqtisadi inkişafını stimullaşdırmaq məqsədi ilə Türk İnvestisiya Fondu təsis edilib. Bundan başqa, Azərbaycanla Özbəkistan, Azərbaycanla Qırğızıstan və Azərbaycanla Qazaxıstan arasında yaradılmış investisiya fondları ölkələrin iqtisadi inkişafına, rifah səviyyəsinin yaxşılaşdırılmasına töhfə verəcəkdir.

Nazir həmçinin, Yaşıl KOB Resurs Mərkəzlərinin yaradılmasının, Tədqiqat və İnkişaf (R&D) fəaliyyətlərinin vacibliyini vurğulayıb, texnologiya, bilik və maliyyə resurslarına çıxışı asanlaşdıracaq institusional platformalar barədə də məlumat verib, Türk Dövlətləri Təşkilatı ölkələrinin Sənaye, Elm, Texnologiya və İnnovasiya Nazirlərinin növbəti toplantısının Azərbaycanda keçirilməsi ilə bağlı təklif irəli sürüb. Təklif iştirakçı ölkələr tərəfindən qəbul olunub. İclasda təşkilata üzv dövlətlərin təmsilçilərinin çıxışları dinlənilib, Türk Dövlətləri Təşkilatının Sənaye, Elm, Texnologiyalar və İnnovasiyalar Nazirlərinin 1-ci Toplantısının yekunlarına dair Birgə Bəyannamə qəbul edilib.

Məqalədə: #Türk Dövlətləri Təşkilatı (TDT)

Mövzu üzrə digər xəbərlər

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Numan Kurtulmuş İraqa gedir
Türkiyə

Numan Kurtulmuş İraqa gedir

9 Sentyabr 10:32
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan

Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək

8 Sentyabr 09:42

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.