14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Kurtulmuş və Bahçeli “Terrorsuz Türkiyə” prosesi üçün görüşəcək

Məclis sədri Kurtulmuş, MHP başqanı Dövlət Bahçelini ziyarət edəcək. Görüşdə “Terrorsuz Türkiyə” prosesinə dair qurulması planlaşdırılan komissiyanın fəaliyyətlərinin müzakirə olunacağı gözlənilir.

21 İyul 2025 11:08
Kurtulmuş və Bahçeli “Terrorsuz Türkiyə” prosesi üçün görüşəcək

BAKI, AzerVoice

Kurtulmuş, Bahçelini ziyarət edəcək

AzerVoice xəbər verir ki, məclis sədri Kurtulmuş, MHP başqanı Dövlət Bahçelini ziyarət edəcək. Görüşdə “Terrorsuz Türkiyə” prosesinə dair qurulması planlaşdırılan komissiyanın fəaliyyətlərinin müzakirə olunacağı gözlənilir.

Buna görə də Kurtulmuş bu gün saat 15:00-da MHP başqanı Dövlət Bahçelini Məclisdəki qəbul otağında ziyarət edəcək.

Görüşdə komissiya ilə bağlı detalların paylaşılması gözlənilir.

Kurtulmuş daha əvvəl verdiyi açıqlamada, Məclisdə qurulacaq komissiya üçün bütün partiyalardan dəstək istədiyini bildirmişdi. Kurtulmuşun bu həftə CHP başqanı Özgür Özəl ilə də bir araya gəlməsi gözlənilir.

Qeyd edək ki, komissiyanın yaradılması ideyası ilk dəfə 2024-cü ilin sonunda Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Devlet Bahçelinin çağırışı ilə gündəmə gəlib.

İlkin məlumata əsasən, parlamentdə fraksiyası olan beş partiya – Ədalət və İnkişaf Partiyası (AKP), Cümhuriyyət Xalq Partiyası (CHP), Xalqların Bərabərliyi və Demokratiya Partiyası (DEM), MHP və Yenidən Rifah Partiyası (YRP) – komissiyada təmsil olunacaq. İYİ Partiyasının isə iştirak etməyəcəyi gözlənilir.

Həmçinin fraksiyası olmayan partiyalardan da hər birindən bir nəfər nümayəndənin qatılması nəzərdə tutulur. Komissiyanın ümumi tərkibinin 35-40 nəfər arasında olması planlaşdırılır.

Komissiya yaradıldıqdan dərhal sonra fəaliyyətə başlayacaq və yay tətili dövründə də fasiləsiz işləyərək qanun layihələrinin hazırlanması üzərində çalışacaq.

PKK-nın silah buraxma prosesinin iki ilə beş ay arasında başa çatacağı proqnozlaşdırılır. Paralel olaraq, komissiya keçmiş təşkilat üzvlərinin cəmiyyətə inteqrasiyası, müəyyən istintaqlardan azad olunma və digər humanitar təşəbbüslər üzərində çalışacaq.

Əgər proses planlandığı kimi irəliləyərsə və Milli Təhlükəsizlik Şurası (MGK) PKK-nın artıq milli təhlükə törətmədiyini müəyyən etsə, təşkilat üzvlüyü və yardım kimi ittihamlarla bağlı məhkəmə işləri 2026-cı ilin ilk rübündən etibarən yenidən qiymətləndirilə bilər.

Qeyd edək ki, iyulun 11-də İraqın Süleymaniyyə şəhərində PKK-ya bağlı bir qrup silahlarını məhv edərək prosesin yeni mərhələsini başladıb.

PKK üzvləri Süleymaniyyənin Surdaş mahalı sərhədindəki mağarada toplaşaraq silahlarını alovlu qazanda məhv ediblər. Proses İraq Kürd Regional Rəhbərliyi, Türkiyənin Milli Kəşfiyyat Təşkilatı, DEM Partiyası nümayəndələri və vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakı ilə izlənilib.

MHP sədri Devlet Bahçelinin çağırışı və Prezident Rəcəb Tayyib Ərdoğanın dəstəyi ilə irəliləyən "Terrorsuz Türkiyə" prosesi, silahların məhv edilməsi ilə simvolik dönüş nöqtəsinə çatıb. PKK-nın tam tərksilahı sentyabrın sonuna qədər tamamlanması planlaşdırılır.

Həmçinin qeyd edək ki, bu prosesin əsas mərhələlərinə DEM Partiyasının Ədliyyə Nazirliyinin icazəsi ilə İmralıya səfərləri, siyasi partiyalar arasında müzakirələr və prezident Ərdoğanın Pervin Buldan və Mithat Sancarla görüşləri daxildir. PKK mayın 5-7-də keçirilən qurultayında təşkilatın ləğvi və silahın yerə qoyulması qərarını açıqlamışdı.

Məqalədə: #Devlet Bahçeli #Türkiyənin Milliyətçi Hərəkat Partiyası (MHP) #Numan Kurtulmuş #CHP #Özgür Özəl #PKK terror təşkilatı #PKK terrorçuları #PKK-ya yaxın qurumlar #PKK və Türkiyə münaqişəsi #PKK-nın Türkiyə ordusuna qarşı planları #Suriyada PKK fəaliyyəti #terrorsuz Türkiyə #PKK ilə sülh prosesi

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
Hörmüz boğazından gizli neft daşımalarının həcmi artır - ABŞ
18:53
Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər
Səudiyyənin strateji neft kəməri həftələrlə tam işləməyə bilər
18:39
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin milli təhlükəsizlik müşavirini qəbul edib
18:20
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
Yeni Zelandiya İordan çayının qərb sahilində zorakılığın artmasından narahatdır
18:15
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
Hörmüz böhranının ən ağır iqtisadi yükünü ərəb ölkələri daşıyır
18:11
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.