12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qırğız Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb

Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Prezidenti yanında Milli Elmlər Akademiyasının prezidenti cənab Kanatbek Abdrahmatov arasında görüş keçirilib. Görüşdə, həmçinin Ç.T. Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik cənab Abdıldajan Akmataliev, eləcə də İnstitutun baş elmi əməkdaşı, filologiya elmləri doktoru, manasşünas professor Jıldız Orozobekova iştirak ediblər.

26 Yanvar 2026 15:22
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qırğız Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Abdulvahhab Ələskərov

Qırğız Respublikasına rəsmi səfər çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti xanım Aktotı Raimkulova ilə Qırğız Respublikasının Prezidenti yanında Milli Elmlər Akademiyasının prezidenti cənab Kanatbek Abdrahmatov arasında görüş keçirilib. Görüşdə, həmçinin Ç.T. Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik cənab Abdıldajan Akmataliev, eləcə də İnstitutun baş elmi əməkdaşı, filologiya elmləri doktoru, manasşünas professor Jıldız Orozobekova iştirak ediblər.

AzerVoice xəbər verir ki, görüş zamanı Fondun Milli Elmlər Akademiyası ilə türk mədəniyyətinin qorunması, inkişafı və dünya miqyasında təşviqi sahəsində əməkdaşlıq imkanları müzakirə olunub. Elmi sahədə qarşılıqlı fəaliyyətin genişləndirilməsinə, akademik tərəfdaşlığın inkişafına və institusional əlaqələrin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər birgə elmi araşdırmaların aparılmasının, alimlər arasında təcrübə və bilik mübadiləsinin genişləndirilməsinin, multidissiplinar layihələrin həyata keçirilməsinin, eləcə də türk tarixi və mədəni irsinin dərindən öyrənilməsi, elmi əsaslarla izah edilməsi və geniş ictimaiyyətə tanıdılması üçün səylərin birləşdirilməsinin vacibliyini qeyd ediblər.

Fondun Prezidenti Milli Elmlər Akademiyasına 2025-ci ildə Fondun layihələrində fəal iştirakına görə təşəkkürünü bildirib, elmi əməkdaşlığın yüksək səviyyəsini və akademik qrupların türk irsinin inkişafı və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə verdiyi əhəmiyyətli töhfəni qeyd edib. Xüsusilə Ç. T. Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun 2024-cü il noyabrın 6-da Bişkekdə (Qırğızıstan) Türk Dövlətləri Təşkilatının XI Zirvə Görüşündə Dövlət başçılarının tapşırığı əsasında həyata keçirilən çoxcildli və çox dilli "Türk Folklor İrsi" Antologiyasının hazırlanmasındakı peşəkar rolu yüksək qiymətləndirilib.

Görüşün davamında xanım Aktotı Raimkulova Milli Elmlər Akademiyasını Fondun 2026-cı ildə həyata keçirəcəyi, 1926-cı il Dünya Bakı Türkoloji Qurultayının 100 illiyinə həsr olunmuş layihələrində fəal iştirak etməyə dəvət edib. Vurğulanıb ki, Yubiley ilə bağlı təşəbbüslər Qurultayın tarixi əhəmiyyətini, müasir türkologiyanın formalaşmasındakı rolunu yenidən düşünməyə, eləcə də Türk dünyası tədqiqatçılarını birləşdirən beynəlxalq elmi dialoqun inkişafına xidmət edəcəkdir.

Görüş Fond ilə Milli Elmlər Akademiyası arasında qarşılıqlı etimadın və strateji tərəfdaşlığın yüksək səviyyədə olduğunu təsdiqləyərək, elm, təhsil və humanitar sahələrdə gələcək əməkdaşlığın aydın istiqamətlərini müəyyənləşdirib. Əldə olunan razılaşmalar türk mədəni-tarixi irsinin qorunması, inkişafı və qlobal miqyasda təşviqinə yönəlmiş birgə beynəlxalq layihələrin həyata keçirilməsi üçün möhkəm zəmin yaradıb.

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qırğız Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qırğız Respublikasının Milli Elmlər Akademiyasının Prezidenti ilə görüşüb
Məqalədə: #Qırğızıstan #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Bişkek #Kanatbek Abdrahmatov #Abdıldajan Akmataliev #Jıldız Orozobekova #Dünya Bakı Türkoloji Qurultayının 100 illik

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
17:17
Quranda 800-dən çox ayə nəyi əmr edir?
Quranda 800-dən çox ayə nəyi əmr edir?
16:44
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
Yəməndə böyük təlatüm - Husilərin hücumu ilə 50 min insan evini tərk etdi
16:25
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.