12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türkiyə fitnə atəşinə odun daşıyan tərəf olmayacaq - İbrahim Kalın

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (STRATCOM) regiondakı hərbi-siyasi vəziyyətlə bağlı mühüm bəyanatlar verib. MİT rəhbəri ABŞ, İsrail və İran arasında davam edən müharibənin regional fəsadlarına toxunaraq, Türkiyənin sülh naminə göstərdiyi səyləri diqqətə çatdırıb. O bildirib ki, rəsmi Ankara münaqişənin bütün bölgəyə yayılmaması və qlobal böhrana çevrilməməsi üçün gecə-gündüz fəaliyyət göstərir. İ.Kalın vurğulayıb ki, regionda xalqlar arasında onilliklərlə davam edəcək düşmənçilik toxumu səpilməyə çalışılır.

28 Mart 2026 16:02
Türkiyə fitnə atəşinə odun daşıyan tərəf olmayacaq - İbrahim Kalın

BAKI, VOA, Orxan Qədirzadə

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın İstanbulda keçirilən Beynəlxalq Strateji Kommunikasiya Sammitində (STRATCOM) regiondakı hərbi-siyasi vəziyyətlə bağlı mühüm bəyanatlar verib.

VOA xəbər verir ki, MİT rəhbəri ABŞ, İsrail və İran arasında davam edən müharibənin regional fəsadlarına toxunaraq, Türkiyənin sülh naminə göstərdiyi səyləri diqqətə çatdırıb. O bildirib ki, rəsmi Ankara münaqişənin bütün bölgəyə yayılmaması və qlobal böhrana çevrilməməsi üçün gecə-gündüz fəaliyyət göstərir. İ.Kalın vurğulayıb ki, regionda xalqlar arasında onilliklərlə davam edəcək düşmənçilik toxumu səpilməyə çalışılır.

"Türkiyə heç vaxt fitnə atəşinə odun daşıyan tərəf olmayıb və olmayacaq. Lazım gələrsə, o od topunu əlimizə alıb köksümüzdə soyudacağıq, lakin onun yayılmasına imkan verməyəcəyik", - deyə o qeyd edib.

İbrahim Kalın həmçinin beynəlxalq ictimaiyyəti müharibəni başladan əsas aktora — İsrailə qarşı təzyiqləri artırmağa çağırıb. O, Pakistanın vasitəçilik təşəbbüslərini dəstəklədiklərini və diplomatik həll yolunun tapılması üçün bütün imkanların səfərbər edildiyini bildirib. MİT rəhbəri əlavə edib ki, Türkiyə həm ölkəni müharibədən kənarda saxlamaq, həm də regionda qalıcı sülhü təmin etmək istiqamətində strateji addımlarını davam etdirir.

Məqalədə: #MİT rəhbəri: Fitnə atəşinin yayılmasına imkan verməyəcəyik #İbrahim Kalından İran-İsrail müharibəsi ilə bağlı sərt mesaj #Türkiyə sülh üçün hərəkətə keçdi: İbrahim Kalının bəyanatı #Od topunu əlimizə alacağıq - İbrahim Kalın İstanbulda danışdı #MİT rəhbəri Pakistanın vasitəçilik təşəbbüsünü dəstəklədi #Bölgədə böyük təhlükə: İbrahim Kalın yeni müharibə planlarını ifşa etdi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.