13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

ŞKTC-nin xarici siyasəti Türkiyə ilə tam koordinasiyalı şəkildə həyata keçirilir - Erhürman

Kipr problemi və ŞKTC-nin xarici siyasəti ilə bağlı bütün addımlar Türkiyə ilə məsləhətləşmələr çərçivəsində atılır və bu proses bundan sonra da davam edəcək. Bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Ərhürman bildirib. ŞKTC lideri bu fikirləri "Antalya Diplomasi Forumu (ADF) 2026"-da iştirakı çərçivəsində "Anadolu" agentliyinin müxbirinə verdiyi müsahibədə səsləndirib.

18 Aprel 2026 19:04
ŞKTC-nin xarici siyasəti Türkiyə ilə tam koordinasiyalı şəkildə həyata keçirilir - Erhürman

BAKI,VOA, Nailə Babazadə

Kipr problemi və ŞKTC-nin xarici siyasəti ilə bağlı bütün addımlar Türkiyə ilə məsləhətləşmələr çərçivəsində atılır və bu proses bundan sonra da davam edəcək.

VOA xəbər verir ki, bu sözləri Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman bildirib. ŞKTC lideri bu fikirləri "Antalya Diplomatik Forumu (ADF) 2026"-da iştirakı çərçivəsində "Anadolu" agentliyinin müxbirinə verdiyi müsahibədə səsləndirib.

Prezident Erhürman forumun "Sabahı layihələndirərkən qeyri-müəyyənliklərlə mübarizə" mövzusunun çox düzgün seçildiyini və bunun Kipr türklərinin ən çox çətinlik çəkdiyi məsələlərdən biri olduğunu qeyd edib. O, dünyanın böyük bir qeyri-müəyyənlik dövrünə qədəm qoyduğunu və bir çox hadisəni öncədən proqnozlaşdırmağın çətinləşdiyini vurğulayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirdiyi görüşün çox səmərəli olduğunu bildirən Erhürman, Türkiyə rəhbərliyi ilə gündəlik əsasda sıx koordinasiya içində olduqlarını diqqətə çatdırıb: "Hələ seçilməmişdən öncə də bildirmişdim ki, mənim dövrümdə Türkiyə ilə məsləhətləşmələr daha da artacaq. Hörmətli Prezident Ərdoğanla Kipr problemindəki son inkişafları və regional hadisələrin bu məsələyə təsirlərini müzakirə etdik. Tam koordinasiya içində olduğumuzu bir daha qarşılıqlı şəkildə təsdiqlədik".

Kipr probleminin həllinin onlar üçün böyük əhəmiyyət kəsb etdiyini deyən Tufan Erhürman, heç vaxt danışıqlardan qaçan tərəf olmadıqlarını vurğulayıb. Bununla belə, o, mühüm bir xəbərdarlıq da edib: "Tarix bizə öyrətdi ki, danışıqlar masasından kənarda da bir dünya var. Kipr türkləri yalnız danışıqlar masasına həbs olunmaq niyyətində deyil. Biz Türk Dövlətləri Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatında müşahidəçi üzv statusundayıq. Bir çox dost və qardaş ölkə ilə birgə layihələr hazırlamağa və əməkdaşlığımızı genişləndirməyə davam edəcəyik".

Məqalədə: #Şimali Kİpr Türk Respublikası #İslam Əməkdaşlıq Təşkilatı #Antalya Diplomatik Forumu #Tufan Erhürman

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
Hakan Fidan Suriyaya səfərə gedib
Hakan Fidan Suriyaya səfərə gedib
14:59
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
Konstantinadan Dohaya- Vahibə Buhaleys kimdir?
14:57
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
Əbu-Dabi “Bayer”lə səhra kənd təsərrüfatında yeni sınaqlara hazırlaşır
14:40
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.