12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri
Türk Dövlətləri

Türk dünyasında rəqəmsal inteqrasiya güclənir

Türkiyədə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin təsdiqi ilə bağlı qanun qüvvəyə minib. Bununla da Türkiyə saziş üzrə daxili təsdiq prosedurunu tamamlayan üçüncü ölkə olub.

23 İyun 2026 16:45
Türk dünyasında rəqəmsal inteqrasiya güclənir

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyədə Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişinin təsdiqi ilə bağlı qanun qüvvəyə minib. Bununla da Türkiyə saziş üzrə daxili təsdiq prosedurunu tamamlayan üçüncü ölkə olub.

Məlumata görə, Türk Dövlətləri Təşkilatına üzv dövlətlər arasında elektron ticarətin, rəqəmsal xidmətlərin və sərhədlərarası məlumat əsaslı iqtisadi fəaliyyətlərin inkişafına mane olan məhdudiyyətlərin aradan qaldırılması, bu fəaliyyətlərin asanlaşdırılması və vahid qaydalar çərçivəsində tənzimlənməsi nəzərdə tutulur.

Türkiyə bu sənədi təsdiqləyən ölkələr sırasında Azərbaycan və Özbəkistandan sonra üçüncü yerə çıxıb. Qırğızıstan və Qazaxıstan da daxili təsdiq prosedurlarını başa çatdırdıqdan sonra saziş tam şəkildə qüvvəyə minəcək.

Saziş çərçivəsində Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal iqtisadiyyat sahəsində inteqrasiya olunmuş və proqnozlaşdırıla bilən əməkdaşlıq mühitinin yaradılması hədəflənir. Bu məqsədlə elektron ticarət, rəqəmsal xidmətlər və məlumat mübadiləsinə əsaslanan iqtisadi fəaliyyətlər üzrə ortaq yanaşmaların tətbiqi planlaşdırılır.

Sənədin əsas məqsədlərindən biri də Türk dünyasında ticarət və texnologiya sahəsində inteqrasiyanı gücləndirməkdir. Bu çərçivədə müəssisələrin rəqəmsal bazarlara çıxış imkanlarının genişləndirilməsi, innovativ texnologiyaların tətbiqinin təşviq olunması və regionun rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulur.

Sazişdə rəqəmsal iqtisadiyyatın müxtəlif istiqamətlərini əhatə edən geniş müddəalar yer alıb. Buraya ödəniş və pul köçürmələrinə maneələrin yaradılmaması, kağızsız ticarət sisteminin inkişafı, elektron əməliyyatlar üzrə hüquqi çərçivənin formalaşdırılması, logistika xidmətlərinin təkmilləşdirilməsi, elektron hesab-faktura sistemlərinin tətbiqi, sürətli çatdırılma xidmətlərinin inkişafı, elektron ödəniş mexanizmlərinin genişləndirilməsi, milli təchizatçı məlumat bazalarının yaradılması və elektron imza sistemlərinin qarşılıqlı tanınması daxildir.

Bundan əlavə, sənəddə kommersiya xarakterli elektron mesajların tənzimlənməsi, onlayn istehlakçıların hüquqlarının qorunması, şəxsi məlumatların mühafizəsi, kiçik və orta sahibkarlıq subyektləri arasında əməkdaşlığın genişləndirilməsi, maliyyə və texnologiya sahələrində əməkdaşlığın gücləndirilməsi, kibertəhlükəsizlik üzrə birgə fəaliyyət və rəqabət siyasəti sahəsində koordinasiyanın artırılması ilə bağlı ətraflı müddəalar əks olunub.

Qeyd olunur ki, saziş 2024-cü il noyabrın 6-da Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 11-ci Zirvə Toplantısı zamanı imzalanıb. Sənədin həyata keçirilməsi ilə türk dövlətləri arasında iqtisadi əlaqələrin daha da möhkəmlənməsi, ortaq dəyərlər əsasında rəqəmsal ticarət qaydalarının formalaşdırılması və qlobal rəqəmsal iqtisadiyyat sahəsində yeni əməkdaşlıq modelinin ortaya çıxması üçün əlverişli şərait yaranacağı gözlənilir.

Mütəxəssislərin fikrincə, sazişin qüvvəyə minməsi Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında rəqəmsal “İpək yolu”nun formalaşmasına, elektron ticarət dövriyyəsinin artmasına, rəqəmsal xidmətlərin genişlənməsinə və regionun qlobal iqtisadi sistemdə mövqeyinin daha da güclənməsinə töhfə verəcək.

Məqalədə: #Türk Dövlətləri Təşkilatı (TDT) #rəqəmsal iqtisadiyyat inteqrasiyası #Rəqəmsal İqtisadiyyat Tərəfdaşlığı Sazişi #Türkiyə–Azərbaycan–Özbəkistan əməkdaşlığı #Türk dünyasında iqtisadi inteqrasiya #elektron ticarət və rəqəmsal xidmətlər #sərhədlərarası rəqəmsal iqtisadi fəaliyyətlər

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.