12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı

7 Mart 2025 10:48
Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı

BAKI,AzerVoice

Baykar şirkətinin milli və orijinal şəkildə inkişaf etdirdiyi Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi Bayraktar KIZILELMA, sınaq təqvimində nəzərdə tutulan Aerodinamik Sistem Tanımlama Testindən uğurla keçdi.

AzerVoice xəbər verir ki, Baykar-ın tamamilə öz vəsaitləri ilə inkişaf etdirdiyi və Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olaraq xidmət edəcək Bayraktar KIZILELMA uçuş testlərini davam etdirir.

Tekirdağ-ın Çorlu bölgəsində yerləşən AKINCI Uçuş Təlim və Sınaq Mərkəzindən havaya qalxan Bayraktar KIZILELMA-nın TC-OZB3 quyruq nömrəli PT3 istehsal prototipi, test uçuşunda aerodinamik sistem tanımlama fəaliyyətlərini uğurla tamamladı.

Bayraktar KIZILELMA-nın inkişaf prosesi çərçivəsində ilkin prototiplərdən əldə edilən təcrübələr əsasında istehsal versiyasında mühüm dəyişikliklər aparıldı. Struktur gücləndirmələr ilə yanaşı, avionika sistemində təkmilləşdirmələr həyata keçirildi. Mühərrikinin uğurla inteqrasiyası başa çatdırılaraq uçuş reallaşdırıldı.

Güclü yeni mühərriki ilə səs sürətinə yaxınlaşacaq olan Bayraktar KIZILELMA, aerodinamik təkmilləşdirmələr sayəsində yüksək sürətlərdə daha yaxşı manevr qabiliyyətinə sahib olacaq. AESA radarı sayəsində əldə etdiyi yüksək situasiya fərqindəliyi ilə ən çətin tapşırıqları icra edə biləcək.

Qeyd edək ki, Bayraktar KIZILELMA layihəsi 2021-ci ildə başladı. 14 noyabr 2022-ci ildə istehsal xəttindən çıxan TC-ÖZB quyruq nömrəli Bayraktar KIZILELMA, Çorlu-da yerləşən AKINCI Uçuş Təlim və Sınaq Mərkəzinə gətirildi. Burada yer testlərini sürətlə və uğurla tamamladıqdan sonra 14 dekabr 2022-ci ildə ilk uçuşunu həyata keçirdi. Bayraktar KIZILELMA, cəmi bir il kimi rekord müddətdə havalanmağa başladı.

Bayraktar KIZILELMA, TEKNOFEST 2023 çərçivəsində dünya aviasiya tarixində ilk olan uçuşları reallaşdırdı. Bayraktar AKINCI PUA ilə formasiya uçuşları həyata keçirən Bayraktar KIZILELMA, 1 may 2023-cü ildə isə F-16 döyüş təyyarəsi SOLOTÜRK və F-5 jetləri ilə Türk Yıldızları eskadrilyası tərkibində İstanbul səmasında formasiya uçuşu icra etdi. Dünya aviasiya tarixi üçün dönüş nöqtəsi sayılan bu uçuş konseptləri, gələcəyin hava döyüş strategiyalarına da istiqamət verəcək.

İlk gündən bəri bütün layihələrini öz vəsaiti ilə həyata keçirən Baykar, 2003-cü ildən etibarən gəlirlərinin 83%-ni ixracatdan əldə edib. 2023-cü ildə 1.8 milyard dollarlıq ixracat həyata keçirən Baykar, Türkiyədə ən çox ixrac edən ilk 10 şirkət arasına daxil olub. Dünyanın ən böyük pilotsuz hava aparatı (PUA) ixracatçısı olan Baykar, 2024-cü ildə də qlobal uğurunu davam etdirərək gəlirinin 90%-ni ixracatdan əldə etdi və 1.8 milyard dollarlıq ixrac həyata keçirdi.

Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı Bayraktar KIZILELMA Növbəti Uçuş Testini Uğurla Tamamladı
Məqalədə: #PUA #Bayraktar AKINCI #SOLOTÜRK #F16 #KIZILELMA #Bayraktar

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.