Bakı, AzerVoice
Türkiyənin Muğla vilayətində baş verən meşə yanğını nəzarət altına alınıb.
AzerVoice xəbər verir ki, meşə yanğını bilinməyən səbəbdən baş verib.
Xəbər verildikdən sonra bölgəyə Muğla Meşə Regional Müdirliyinə aid 3 təyyarə, 2 helikopter, 6 su tankeri, 5 su tankeri və çoxlu sayda yanğınsöndürmə işçisi göndərilib.
Yanğınsöndürmə qruplarının sıx səyləri ilə nəzarət altına alınan yanğında 2 hektar meşə sahəsi zərər görüb.
Hafiz Rufizoğlu