6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyədə uşaqların qorunması üçün araşdırma komissiyası yaradılıb

10 Oktyabr 2024 12:17
Türkiyədə uşaqların qorunması üçün araşdırma komissiyası yaradılıb

Bakı, AzerVoice

Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında “Uşaqların hər cür zorakılıq və sui-istifadədən qorunması, onların ruhi, mənəvi və fiziki sağlamlığının inkişaf etdirilməsi üçün lazım olan tədbirlərin müəyyən edilməsi” məqsədilə araşdırma komissiyası yaradılıb.

AzerVoice xəbər verir ki, komissiya müvafiq nazirliklərlə, xüsusən də Daxili İşlər və Ailə nazirlikləri ilə, İnformasiya Texnologiyaları və Rabitə Təşkilatı həmçinin Radio və Televiziya Ali Şurası kimi müvafiq dövlət qurumlarıyla uşaqların müdafiəsi üçün lazım olan addımlarla bağlı müzakirələr aparacaq.

Uşaqların müdafiəsi üçün mövcud siyasət və strategiyalar araşdırılacaq. Ailə, cəmiyyət və qurumların uşaqların müdafiəsinə təsirləri qiymətləndiriləcək.

Millət Məclisi öz sahələrində mütəxəssis olan elm adamlarını və universitet müəllimlərini dəvət edərək onlardan uşaqları qorumaq, onların zehni inkişafını dəstəkləyən tədbirləri müəyyən etmək, uşaqların mənəvi və fiziki sağlamlıqlarını artırmaq məqsədilə məsləhət alacaq.

İlkin olaraq üç ay işləyəcək və əlavə bir ay uzadılma haqqı veriləcək olan komissiya, uşaqlara qarşı edilən zorakılıq hadisələri ilə bağlı araşdırma aparacaq. Aparılacaq araşdırmalardan sonra komissiya dövlət qurumları üçün yol xəritəsi hazırlayacaq.

Türkiyədə 22 milyon uşaq olduğunu və əhalinin 26 faizini təşkil etdiyini deyən Komissiyanın sədri və AK Partiya Osmaniye Millət vəkili Derya Yanık " AK Partiya olaraq uşaqlara qarşı riskləri qabaqcadan görən mexanizmlər qururuq və bir çox sahədə inqilabi addımlar atmışıq" - deyib.

Yanık həmçinin sosial medianın nəzarətsiz istifadəsinin uşaqlar və ailələr üçün ciddi zərərləri olduğuna diqqət çəkib.

Məqalədə: #TBMM #Derya Yanık

Mövzu üzrə digər xəbərlər

Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb
Türkiyə

Özgür Özel CHP kürsüsünə vida mesajı ilə çıxıb

21 İyul 14:51
Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşüb
Siyasət

Sahibə Qafarova TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

24 İyun 18:30
Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb
Siyasət

Baş nazir TBMM sədri Numan Kurtulmuş ilə görüşüb

24 İyun 18:26
TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib
Türkiyə

TBMM sədri Numan Kurtulmuş TÜRKPA Baş katibliyini Bakıda ziyarət edib

23 İyun 20:46

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.