12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Rumeysa Öztürkün Səhhəti Pisləşir

6 May 2025 10:47
Rumeysa Öztürkün Səhhəti Pisləşir

BAKI,AzerVoice

ABŞ-da Fələstinə dəstək verdiyi üçün saxlanılan Tufts Universitetinin doktorantı Rumeysa Öztürkün səhhətinin Luizianadakı ağır saxlanma şəraitində ciddi təhlükə altında olduğu bildirilib.

AzerVoice xəbər verir ki, Öztürkün vəkilləri müvəkkillərinin Vermont ştatına köçürülməsinin təxirə salınmaması üçün apellyasiya məhkəməsinə müraciət edəcəklərini açıqlayıb.

23 qadınla birlikdə izdihamlı və havalandırması qeyri-kafi bir otaqda saxlanılan Öztürkün tez-tez astma böhranları keçirdiyi və bu böhranların getdikcə ağırlaşdığı vurğulanıb. Əvvəllər 5-15 dəqiqə davam edən astma tutmaları indi 45 dəqiqəyə qədər uzanır. Vəkillər türk tələbənin təxminən altı həftədir qanunsuz və səhhətini təhlükəyə atan şəraitdə saxlanıldığını bildirib.

Açıqlamada Öztürkün həşərat və gəmirici nəcislərinə məruz qaldığı, təmiz havaya demək olar ki, çıxa bilmədiyi, tibbi müdaxilələrin gecikdirildiyi və səhiyyə personalının laqeyd münasibət göstərdiyi qeyd edilib.

Massaçusetsdəki federal hakim Öztürkün hüquqi mübarizəsinin Luiziana əvəzinə Vermontda davam etməli olduğuna qərar versə də, Vermontdakı digər bir hakim onun 1 may tarixinə qədər Vermontdakı müəssisəyə köçürülməsini əmr edib. Lakin ABŞ hökuməti 24 aprel tarixində bu qərara etiraz edib.

Vəkillər Öztürkün səhhətinin pisləşməsinin qarşısını almaq üçün təcili tədbir görülməsini tələb edir.

Qeyd edək ki, Tufts Universitetində doktorantura təhsili alan Rümeysa Öztürk 25 martda iftara gedərkən, maskalı 6 Göç və ICE əməkdaşı tərəfindən saxlanılıb. O, əvvəlcə Vermont ştatına, daha sonra isə Luizianadakı mərkəzə köçürülüb.

Məqalədə: #Rümeysa Öztürk #Rümeysa Öztürk kimdir #Rümeysa Öztürk ABŞ #Rümeysa Öztürk xəbərləri 2025 #Rümeysa Öztürkün təhsili haradadır? #Rümeysa Öztürk harada saxlanılır? #Rümeysa Öztürkün hüquqi müdafiəsi

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.