13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

ABŞ-da saxlanılan Rümeysa Öztürk sərbəst buraxılıb

9 May 2025 21:33
ABŞ-da saxlanılan Rümeysa Öztürk sərbəst buraxılıb

BAKI, AzerVoice

ABŞ-da Fələstinə dəstək verdiyi səbəbi ilə saxlanılan doktorant Rümeysa Öztürkün azadlığa buraxılması üçün məhkəmə qərarı çıxarılıb.

AzerVoice xəbər verir ki, martın 25-də ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən Fələstinə dəstək verdiyi üçün saxlanılan türkiyəli doktorant Rümeysa Öztürkün azadlığa buraxılması ilə bağlı qərar qəbul edilib.

Təxminən 3 saat davam edən iclasda tərəfləri dinlədikdən sonra ABŞ-ın Vermont Federal Dairəsinin hakimi William K. Sessions, təxminən 6 həftədir Luiziana ştatında həbsdə olan Öztürkün zaminə buraxılmasına qərar verib.

Sessions, ABŞ hökumətinin vəkillərinin Tufts Universitetində doktorluq dərəcəsini davam etdirən Fulbrayt alimi olan Öztürkün məktəbin internet saytında yazdığı yazıdan başqa həbs olunmasını təmin edəcək “heç bir sübut təqdim etmədiyini” söylədi.

Uzun sürən iclasda hakim Öztürkün lehinə danışan 4 şahidi, o cümlədən onun doktorant müşavirini dinləyib və türkiyəli tələbənin astma xəstəliyini onun azadlığa buraxılması üçün şərt kimi təqdim edib.

"Məhkəmə hökumətə xanım Öztürkün dərhal həbsdən azad edilməsini əmr edir. Xanım Öztürk Massaçusetsdəki evinə qayıtmaqda sərbəstdir", - Sessions bildirib.
"O, akademik karyerasının zirvəsindədir və bu, ondan ştatdankənar proqramlarda iştirak etməyi və ştatdan kənar dərslər verməsini tələb edəcək", - Sessions bildirib. Sessions deyib ki, o, hələ də məhkəməsi davam edən türk doktorant üçün səyahət məhdudiyyətinə və ya elektron izləmə cihazlarına ehtiyac görmür.

Hökumət vəkillərinin türkiyəli tələbənin əleyhinə danışa biləcək şahidləri məhkəməyə təqdim edə bilmədikləri üçün Öztürkün zaminə buraxılmaması üçün göstərdikləri səbəblər hakim Seşşsin qərarını dəyişməyib.
Ağ Evin sözçüsü Leavitt deyib ki, onların bunu etmək səlahiyyəti var.

Digər tərəfdən, Ağ Evin sözçüsü Karoline Leavitt keçirdiyi mətbuat konfransında Rümeysa Öztürkün sərbəst buraxılması ilə bağlı sualı cavablandırıb.

Davanın nəticəsinin indicə açıqlandığını qeyd edən Leavitt, "Mən bu məsələ ilə bağlı Daxili Təhlükəsizlik Departamenti ilə görüşməli olacağam. Amma məncə, ümumi fikir ondan ibarətdir ki, biz aşağı səviyyəli hakimlərin ABŞ-ın xarici siyasətini diktə etməməsi lazım olduğunu çox açıq şəkildə bildiririk". deyə vurğulayıb.

ABŞ sözçüsü, ABŞ prezidenti və Daxili Təhlükəsizlik Nazirliyinin qeyri-qanuni mühacirləri deportasiya etmək səlahiyyətinin, dövlət katibinin isə vizanı ləğv etmək səlahiyyətinə malik olduğunu bildirərək, "Bu ölkəyə viza ilə gəlmək hüquq deyil, imtiyazdır" - deyə şərh edib.

Qeyd edək ki,Rümeysa Öztürk martın 25-i axşam Massaçusetsdə dostları ilə iftar yeməyinə gedərkən 6 maskalı ICE əməkdaşı tərəfindən saxlanılıb.

ABŞ dövlət katibi Marko Rubio Öztürkün tələbə vizasının ləğv edildiyini və deportasiya ediləcəyini açıqlayıb.

Rubio, “Həmas tərəfdarı” olaraq xarakterizə etdiyi və İsrail əleyhinə fəaliyyət göstərdiyi iddia edilən 300-dən çox xarici tələbənin vizalarının ləğv edildiyini açıqlayıb.

ABŞ-ın federal hakimi Denise Kasper Öztürkün deportasiyasına qarşı müvəqqəti həbs qərarı verib.
Öztürkün təhsil aldığı Tufts Universiteti də tələbəsinin azadlığa buraxılmasını tələb edib.

Məqalədə: #ABŞ #ABŞ Dövlət Departamenti #Rümeysa Öztürk #Rümeysa Öztürk kimdir #Rümeysa Öztürk ABŞ #Rümeysa Öztürk deportasiya #Rümeysa Öztürk xəbərləri 2025 #Rümeysa Öztürkün təhsili haradadır? #Rümeysa Öztürk harada saxlanılır? #Rümeysa Öztürkün hüquqi müdafiəsi

Mövzu üzrə digər xəbərlər

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06

Son Xəbərlər

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.