4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

TUSAŞ və Airbus HÜRJET üçün tarixi razılaşma imzaladı: İspaniyaya 30 təyyarə satışı planlaşdırılır

Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) ilə Avropanın aparıcı hava şirkətlərindən Airbus arasında HÜRJET Jet Təlim Təyyarəsinin İspaniyaya ixracını sürətləndirəcək önəmli iş birliyi razılaşması imzalayıb.

24 İyul 2025 13:46
TUSAŞ və Airbus HÜRJET üçün tarixi razılaşma imzaladı: İspaniyaya 30 təyyarə satışı planlaşdırılır

BAKI, AzerVoice

Türkiyə Aerokosmik Sənayesi (TUSAŞ) və Avropanın nəhəng aviasiya şirkəti Airbus, HÜRJET Jet Təlim Təyyarəsinin İspaniyaya ixracını nəzərdə tutan önəmli əməkdaşlıq razılaşması imzalayıblar.

AzerVoice xəbər verir ki, razılaşma İstanbulda keçirilən 17-ci Beynəlxalq Müdafiə Sənayesi Sərgisi (IDEF) çərçivəsində imzalanıb. Bu sənəd, iki şirkətin HÜRJET layihəsindəki rollarını dəqiqləşdirməklə yanaşı, İspaniyanın təlim təyyarəsi tədarükü prosesində TUSAŞ-Airbus əməkdaşlığını rəsmiləşdirir.

Əməkdaşlıq, bu ilin may ayında imzalanmış sənaye işbirliyi memorandumu əsasında həyata keçirilir. Yeni razılaşma HÜRJET-lərin İspaniya Hərbi Hava Qüvvələrinin inventarına daxil edilməsini sürətləndirməyi hədəfləyir.

Tərəflər arasında əldə edilən razılaşmaya əsasən, İspaniya ordusuna 30 ədədə qədər HÜRJET təyyarəsinin tədarükü nəzərdə tutulur. Son satış müqaviləsinin 2025-ci ilin sonuna qədər imzalanması və ilk təyyarələrin 2028-ci ildə təhvil verilməsi planlaşdırılır.

TUSAŞ və Airbus bu strateji addım vasitəsilə Avropa müdafiə sənayesində güclü və davamlı tərəfdaşlıq qurmağı planlaşdırır. Razılaşma yalnız HÜRJET layihəsi ilə məhdudlaşmır, eyni zamanda Türkiyə və İspaniya arasında müdafiə və aviasiya sahəsində əlaqələrin gücləndirilməsinə də töhfə verəcək.

Məqalədə: #TUSAŞ #İspaniya #Hürjet #Türk Aerokosmik Sənayesi #aerokosmik sənaye #milli aerokosmik layihə #Türk Aerokosmik Sənayesi inkişafı #IDEF 2025 sərgisi

Mövzu üzrə digər xəbərlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
Digər Dövlətlər

İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib

18:45
İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib
Digər Dövlətlər

İspaniyada Seuta miqrasiya böhranına görə kütləvi etirazlar keçirilib

3 Sentyabr 12:37
Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər
Digər Xəbərlər

Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

28 İyul 21:28
TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb
Türkiyə

TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

22 İyul 11:02

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.