6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İsrailin E1 planı soyqırımın davamıdır - Ömer Çelik

“İsrailin İordan çayının qərb sahili ilə Şərqi Qüdsü ayıracaq yaşayış məntəqələri tikmək planı, onun lənətlənmiş soyqırım aktlarının davamıdır. Bəşəriyyət Fələstin dövlətini tanımaq üçün dəfələrlə qərar qəbul etdiyi bir vaxtda İsrail, yenidən bəşəriyyətə hücum edir və Fələstin dövlətinin ərazi bütövlüyünü hədəfə alır.” - deyə X platformasında paylaşım edən Ömər Çelik deyib.

15 Avqust 2025 10:38
İsrailin E1 planı soyqırımın davamıdır - Ömer Çelik

BAKI, AzerVoice, Nərmin Ağayeva

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömər Çelik, İsrailin işğal altındakı İordan çayının qərb sahilindəki işğalı genişləndirmək planını kəskin tənqid edib.

AzerVoice xəbər verir ki,o, layihəni "soyqırım aktlarının davamı" kimi qiymətləndirib və müstəqil, vahid coğrafiyaya sahib Fələstin dövlətinin qurulması uğrunda mübarizəni davam etdirəcəklərini bildirib

“İsrailin İordan çayının qərb sahili ilə Şərqi Qüdsü ayıracaq yaşayış məntəqələri tikmək planı, onun lənətlənmiş soyqırım aktlarının davamıdır. Bəşəriyyət Fələstin dövlətini tanımaq üçün dəfələrlə qərar qəbul etdiyi bir vaxtda İsrail, yenidən bəşəriyyətə hücum edir və Fələstin dövlətinin ərazi bütövlüyünü hədəfə alır.” - deyə X platformasında paylaşım edən Ömər Çelik deyib.

Xatırladaq ki, İsrailin təsdiq etməyə hazırlaşdığı E1 layihəsi, Şərqi Qüdsü İordan çayının qərb sahilindəki Fələstin ərazilərindən ayırmağı hədəfləyir. Layihə çərçivəsində Maale Adumim qəsəbəsi ilə Şərqi Qüds arasında 3 401 evin inşası planlaşdırılır. Haaretz qəzetinin məlumatına görə, layihə şimalı Qərb Şəriyənin cənubundan ayıracaq və gələn həftə təsdiqlənə bilər.

Qeyd edək ki., İsrailin ifrat sağçı maliyyə naziri Bezalel Smotrich, baş nazir Benyamin Netanyahunun da layihəni dəstəklədiyini bəyan edib. O, Maale Adumimdə çıxışında E1 layihəsinin, Fələstin dövlətini tanıyan Qərb ölkələrinə cavab olduğunu bildirib.

“Bu gün dünyada bir Fələstin dövlətini tanımağa çalışan hər kəs bizdən yerdə cavab alacaq. Fələstinin qurulmasına icazə verməyəcəyik.” - deyə o qeyd edib.

Smotrich, İordan çayının qərb sahilini Bibliya ənənəsinə görə “Yəhuda və Samara” adlandıraraq, Netanyahu ilə bu məsələdə tam fikir birliyində olduqlarını vurğulayıb.

Məqalədə: #Türkiyə #İsrail #Benyamin Netanyahu #Fələstin #Ömer Çelik #İordaniya #İordan çayının qərb sahili #Betsalel Smotriç planları #Şərqi Qüdsdə gərginlik #Ədalət və İnkişaf Partiyası (AKP)

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.