6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Kipr türkləri Türkiyənin təminatı altındadır - Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Cənubi Kipr Rum İdarəsinin (GKRY) İsraildən hava hücumundan müdafiə sistemi tədarük etməsinə dair yayılan xəbərlərlə bağlı narahatlığını ifadə edib. Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib. Nazirlik mənbələri bildiriblər ki, Cənubi Kipr tərəfinin davam edən silahlanma cəhdləri və adada sülhü, sabitliyi poza biləcək fəaliyyətləri bölgədə gərginliyi artırmaq riski daşıyır.

18 Sentyabr 2025 13:20
Kipr türkləri Türkiyənin təminatı altındadır - Türkiyə MN

BAKI, AzerVoice, Nailə Babazadə

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB), Cənubi Kipr Rum İdarəsinin (GKRY) İsraildən hava hücumundan müdafiə sistemi tədarük etməsinə dair yayılan xəbərlərlə bağlı narahatlığını ifadə edib.

AzerVoice xəbər verir ki, Nazirliyin Mətbuat və İctimaiyyətlə Əlaqələr müşaviri və sözçüsü Tuğamiral Zəki Aktürk, nazirlikdə keçirilən həftəlik mətbuat konfransında bu açıqlamanı səsləndirib.

Nazirlik mənbələri bildiriblər ki, Cənubi Kipr tərəfinin davam edən silahlanma cəhdləri və adada sülhü, sabitliyi poza biləcək fəaliyyətləri bölgədə gərginliyi artırmaq riski daşıyır.

"Cənubi Kipr Rum İdarəsinin İsraildən hava hücumundan müdafiə sistemi tədarük etməsi ilə bağlı xəbərləri yaxından izləyirik. Bu silahlanma səyləri və bölgədə sabitliyi poza biləcək fəaliyyətlər təhlükəli nəticələr doğura bilər. Bunu bir daha xatırlatmaq istəyirik." - deyə qeyd edilib.

Nazirlik həmçinin Türkiyənin Şimali Kipr Türk Cümhuriyyətinin (KKTC) təhlükəsizliyi və sabitliyi üçün bütün zəruri addımları atdığını vurğulayıb.

"Adadakı mövcud tarazlığı poza biləcək hər cür təşəbbüs diqqətlə izlənir. KKTC-nin təhlükəsizliyi və rifahı üçün bütün lazımi tədbirlər görülür. Türkiyə keçmişdə olduğu kimi, bu gün də KKTC-nin yanında və dəstəkçisidir. Kipr Türk xalqı Türkiyənin təminatı altındadır."

Bu açıqlama, bölgədə artan gərginlik fonunda Türkiyənin Kipr məsələsində sərt mövqeyini bir daha ortaya qoymuş oldu.

Məqalədə: #İsrail #Türkiyənin Milli Müdafiə nazirliyi #Şimali Kİpr Türk Respublikası #KKTC #Zeki Aktürk #müdafiə sazişi #müdafiə sistemləri #Cənubi Kipr Rum Administrasiyası #Türkiyə - İsrail əlaqələri

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb
Yaxın Şərq

Qəzza şəhərinin Zeytun məhəlləsində dağıntılar altından 106 insan qalığı çıxarılıb

5 Sentyabr 21:41

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.