12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Bütün imkanlarımızla dost və qardaşlarımızın yanındayıq-Ərdoğan

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının TBMM qrup toplantısında çıxış edərək ölkəsinin xarici siyasətinə və tarixi kimliyinə dair mesajlar verib. O, Türkiyənin regional məsuliyyət daşıyan dövlət olduğunu və yalnız öz sərhədləri ilə məhdudlaşmayacağını bildirib.

19 Noyabr 2025 18:19
Bütün imkanlarımızla dost və qardaşlarımızın yanındayıq-Ərdoğan

BAKI,AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim Ədalət və İnkişaf Partiyasının TBMM qrup toplantısında çıxış edərək ölkəsinin xarici siyasətinə və tarixi kimliyinə dair mesajlar verib. O, Türkiyənin regional məsuliyyət daşıyan dövlət olduğunu və yalnız öz sərhədləri ilə məhdudlaşmayacağını bildirib.

Prezident Ərdoğan çıxışında Türkiyənin xaricdə aktiv rol oynayacağını vurğulayıb.

“Fələstində məzlumların yanında dayanır, Sudanda qan tökülməsinin qarşısını almağa çalışırıq. Bütün imkanlarımızla dost və qardaşlarımızın yanındayıq. Bunu etməsək, tarixə xəyanət etmiş olarıq.”-Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə regionda sülh, ədalət və sabitlik təşəbbüslərinə rəhbərlik etməkdə davam edəcək.

Prezident uzun illərdir Türkiyə ictimaiyyətində təkrarlanan iddialara münasibət bildirib.

“Bizə on illərlə ərəblərin bizi arxadan vurduğu nağılını danışdılar’-deyə Ərdoğan əlavə edib.

Ərdoğan bunun tarixi manipulyasiya olduğunu və türk-ərəb münasibətlərinin qardaşlıq üzərində qurulduğunu vurğulayıb.

Ərdoğan Türkiyənin tarixi irsini xatırladıb.

“Biz Səlcuqlu və Osmanlı kimi iki böyük dünya dövlətinin mirasını daşıyan bir millətik. Biz dövlətlər arasında sadəcə bir dövlət deyilik, millətlər arasında sadəcə bir millət deyilik.”-deyə Ərdoğan bildirib.

Prezident həmçinin Türkiyənin yalnız öz təhlükəsizliyinə deyil, regiondakı humanitar və siyasi proseslərə də təsir göstərdiyini deyib.

“Bir ayağımız Ankaradadır, digər ayağımız başqa ölkələrdə sülh və ədalət mübarizəsi aparır.”-Ərdoğan deyib.

Ərdoğanın sözlərinə görə, Türkiyə regional münaqişələrin həlli və humanitar dəstək proseslərində lider rolunu davam etdirəcək.

Məqalədə: #Türkiyə #TBMM #Osmanlı dövləti #Türkiyənin beynəlxalq siyasəti #Türkiyənin Yaxın Şərq siyasəti #Türkiyənin Türk-İslam dünyasında mövqeyi #Türkiyənin siyasi nüfuzu #Türkiyənin Qəzza münaqişəsində mövqeyi #Türkiyənin Sudan münaqişəsində mövqeyi #Ədalət və İnkişaf Partiyası #Səlcuqlu dövləti

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
Köhnə kompüterlərə yeni nəfəs - Linux sistemlərinin inanılmaz üstünlükləri
13:46
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
Rusiya ilə Misir strateji tərəfdaşlığı möhkəmləndirir
13:36
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
13:13
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
İraq İranla iki sərhəd-keçid məntəqəsini bağlayıb
13:09
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
Suriya Livandan Bəşər Əsədin qohumunun təhvil verilməsini tələb edir
13:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.