12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Togg noyabrda Türkiyə elektromobil bazarına liderlik edib

Noyabr ayında Türkiyənin elektrikli avtomobil bazarında yerli istehsalçı Togg — T10X və T10F modelləri ilə satış lideri olub. Bu barədə Avtomobil Dilerləri və Mobillik Assosiasiyasının (ODMD) hesabatından məlumat verilib.

6 Dekabr 2025 18:52
Togg noyabrda Türkiyə elektromobil bazarına liderlik edib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Noyabr ayında Türkiyənin elektrikli avtomobil bazarında yerli istehsalçı Togg — T10X və T10F modelləri ilə satış lideri olub.

AzerVoice xəbər verir ki, bu barədə Avtomobil Dilerləri və Mobillik Assosiasiyasının (ODMD) hesabatından məlumat verilib.

Yanvar-noyabr dövründə Türkiyədə avtomobil satışları illik müqayisədə 10,96% artaraq 938 177 ədədə çatıb. Yüngül kommersiya nəqliyyat vasitələrinin satışı 7,13% artımla 238 603 ədəd təşkil edib. Beləliklə, ümumi satış həcmi 1,1 milyon ədədə yüksəlib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10,16% daha çoxdur.

Noyabr ayında satışlar 9,82% artaraq 132 984 ədədə yüksəlib. Bunun 104 795-i minik avtomobilləri, 28 189-u isə yüngül kommersiya nəqliyyat vasitələridir.

Elektrikli nəqliyyat vasitələri seqmentində Togg T10F və T10X ölkə üzrə ən çox satılan modellər olub. T10F isə ümumi avtomobil bazarının ilk onluğuna daxil olaraq 10-cu yeri tutub. Ay ərzində 2366 T10F və 1896 T10X satılıb — ümumilikdə 4235 ədəd.

Elektromobillər üzrə Tesla Model Y 2535 satışla birinci olub. Onu KG Mobility (1209), Opel (771) və Volvo (738) izləyib.

Ötən ay Türkiyənin ümumi avtomobil bazarında ən çox satılan modellər Renault Clio (4468), Renault Megane Sedan (4110) və BYD Seal U (3562) olub. Togg T10X siyahıda 15-ci yeri tutub.

Togg 2025-ci ilin sentyabrında Almaniya bazarına daxil olaraq Avropada debüt edib. T10X və T10F modellərinin ilk çatdırılmaları Ştutqart şəhərinə edilib. Hər iki model 8 sentyabrda Münhendə keçirilən IAA Mobility sərgisində təqdim olunub, 29 sentyabrdan isə Almaniyada ön sifarişə açılıb.

Məqalədə: #Togg noyabrda Türkiyə elektromobil satışlarında lider oldu #T10X və T10F rekord satışla ölkə bazarında zirvəyə yüksəldi #Togg-un satışları artdı #Türkiyədə elektromobil bazarı genişlənir #Togg Türkiyədə elektromobil liderliyini möhkəmləndirdi #T10F ilk onluğa daxil oldu — yerli brend güclənir #Togg Almaniya bazarında da sürətlə irəliləyir #Togg стал лидером рынка электромобилей в Турции в ноябре #Модели T10X и T10F возглавили продажи в электросегменте #Продажи Togg выросли на фоне общего роста авторынка #Togg leads Turkey’s EV market in November #T10F enters top 10 as Togg dominates EV sales #Turkish EV maker expands in Europe amid domestic sales boom

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.