4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

SDQ vaxt qazanmağa çalışır - Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror strukturu prosesi uzadaraq vaxt qazanmağa çalışır. Nazir bu fikirləri TRT World kanalında yayımlanan “One on One” proqramında səsləndirib. Fidanın sözlərinə görə, Türkiyə, region ölkələri, ABŞ və digər tərəflər İŞİD-lə mübarizə gündəliyini irəli aparmaqda davam edir, lakin bu proses Suriya dövlətinin bərpasına mane olacaq terror elementlərinə imkan verməməlidir. O vurğulayıb ki, Ankara SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası prosesinin tempindən narazıdır və bu strukturun regional böhranlar və İsrail kimi amillərdən ümid gözlədiyini düşünür.

18 Dekabr 2025 19:30
SDQ vaxt qazanmağa çalışır - Hakan Fidan

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Suriyada “Suriya Demokratik Qüvvələri” (SDQ) adı altında fəaliyyət göstərən PKK/YPG terror strukturu prosesi uzadaraq vaxt qazanmağa çalışır. AzerVoice xəbər verir ki, Nazir bu fikirləri TRT World kanalında yayımlanan “One on One” proqramında səsləndirib.

Fidanın sözlərinə görə, Türkiyə, region ölkələri, ABŞ və digər tərəflər İŞİD-lə mübarizə gündəliyini irəli aparmaqda davam edir, lakin bu proses Suriya dövlətinin bərpasına mane olacaq terror elementlərinə imkan verməməlidir. O vurğulayıb ki, Ankara SDQ-nin Suriya dövlət strukturlarına inteqrasiyası prosesinin tempindən narazıdır və bu strukturun regional böhranlar və İsrail kimi amillərdən ümid gözlədiyini düşünür.

Nazir xatırladıb ki, SDQ-dən başqa Suriya müxalifətinə daxil olan bütün silahlı qruplar artıq Suriya Müdafiə Nazirliyinin tabeliyinə keçib. Onun sözlərinə görə, bir dövlətdə bir neçə silahlı strukturun mövcudluğu milli birlik və suverenlik anlayışı ilə üst üstə düşmür.

Fidan həmçinin qeyd edib ki, Türkiyə hərbi variantlara qayıtmaq istəmir, lakin prosesə cəlb olunan aktorların səbrinin tükəndiyini SDQ anlamalıdır. O, 10 mart tarixli razılaşmanın gecikdirilmədən və təhrif olunmadan icrasının gözlənildiyini bildirib.

Nazir İŞİD təhlükəsinə də toxunaraq Türkiyə və Suriyanın regional əməkdaşlıq mexanizmi çərçivəsində bu təhdidin öhdəsindən gələ biləcəyini vurğulayıb. Qəzza, Rusiya–Ukrayna müharibəsi və Kipr məsələsinə dair mövqelərini də açıqlayan Fidan, Türkiyənin həm humanitar, həm də diplomatik səylərini davam etdirdiyini bildirib.

Məqalədə: #Fidan: SDQ adı altında fəaliyyət göstərən PKK/YPG vaxt udur #Türkiyə SDQ-nin Suriya dövlətinə inteqrasiyasından narazıdır #Ankara: Suriyada paralel silahlı strukturlara yer yoxdur #Hakan Fidan: Terror elementləri Suriya bərpasına mane olmamalıdır #Türkiyə: SDQ razılaşmaları gecikdirir #Turkish FM: PKK/YPG Operating as SDF in Syria Is Trying to Buy Time #Ankara Voices Concern Over Slow Integration of SDF into Syrian State #Turkey Warns SDF Over Delays in Disarmament Process #Hakan Fidan: No Room for Multiple Armed Structures in Syria #Turkey Signals Patience Is Running Out for SDF

Mövzu üzrə digər xəbərlər

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib
Türkiyə

Türkiyədə Mersin limanında kimyəvi maddə sızıb, 35 nəfər zərər çəkib

16:38
7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı
Türkiyə

7 sentyabrda ilk uçuş - Türkiyənin "Eurofighter" pilotları üçün kritik mərhələ başladı

09:57
İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir
Türkiyə

İstanbul yaxınlığında batan yük gəmisində itkin düşən 10 nəfərin axtarışı davam edir

3 Sentyabr 11:04
Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb
Türkiyə

Ərdoğan Türkiyənin Şanxay Əməkdaşlıq Təşkilatına potensial üzvlüyündən danışıb

2 Sentyabr 15:56

Son Xəbərlər

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyevanın tapşırığı ilə Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb
19:05
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
18:51
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
İspaniya Aİ-də iqlimə uyğunlaşma fondu yaradılmasını təklif edib
18:45
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
İsrail qüvvələri Cənin bölgəsində altı fələstinlini saxlayıb
18:40
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
18:19
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.