12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Suriyada baş verən proseslərlə bağlı açıqlama verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada əldə edilən atəşkəs və “tam inteqrasiya” razılaşmasının tezliklə icra olunmasının vacibliyini vurğulayıb. Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Suriyada “tək dövlət, tək ordu” prinsipinin möhkəmləndirilməsi ölkədə sabitliyin əsas şərtlərindən biridir və Türkiyə bu istiqamətdə atılan addımları dəstəkləyir.

19 Yanvar 2026 21:19
Ərdoğan Suriyada baş verən proseslərlə bağlı açıqlama verib

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada əldə edilən atəşkəs və “tam inteqrasiya” razılaşmasının tezliklə icra olunmasının vacibliyini vurğulayıb.

AzerVoice xəbər verir ki, Ərdoğan bunu Nazirlər Kabinetinin iclasından sonra jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, Suriyada “tək dövlət, tək ordu” prinsipinin möhkəmləndirilməsi ölkədə sabitliyin əsas şərtlərindən biridir və Türkiyə bu istiqamətdə atılan addımları dəstəkləyir.

Ərdoğan bildirib ki, Hələbin bəzi məhəllələrinin nəzarətə götürülməsi ilə bağlı aparılan əməliyyat atəşkəs və tam inteqrasiya razılaşması ilə nəticələnib. O, Suriya ordusunun əməliyyat zamanı mülki əhalinin zərər görməməsi üçün “həssas yanaşma” nümayiş etdirdiyini qeyd edib.

Türkiyə Prezidenti açıqlamasında Suriya Prezidenti Əhməd Şara ilə telefon danışığı apardığını, razılaşma və əməliyyatla bağlı onu təbrik etdiyini də bildirib. Ərdoğan, həmçinin, terrorizmə qarşı mübarizədə Türkiyənin Suriyanın yanında olacağını vurğulayıb.

Açıqlamada regional proseslərə də toxunulub. Ərdoğan, regionda problemlərin həllinin ünvanının qarşılıqlı etimada əsaslanan danışıqlar masası olduğunu qeyd edərək, bütün tərəfləri dialoq və diplomatiyaya çağırıb.

Məqalədə: #Ərdoğan Şaranı təbrik etdi: Suriyada tam inteqrasiya çağırışı #Türkiyə: Atəşkəs razılaşmasının şərtləri tez icra olunmalıdır #Ərdoğan: Suriyada tək dövlət #tək ordu sabitliyin əsas şərtidir #Ərdoğan Suriyadakı razılaşma barədə danışdı #Şara ilə telefon əlaqəsi qurdu #Türkiyə Prezidenti Suriyada sabitlik üçün dialoq mesajı verdi #Erdoğan: Şara’yı tebrik ettim #entegrasyon hızla uygulanmalı #Erdoğan’dan Suriye mesajı: Tek devlet #tek ordu vurgusu #Kabine sonrası Erdoğan: Suriye’de anlaşmanın gerekleri gecikmemeli #Erdoğan: Provokasyonlara rağmen Suriye’de hassas yönetim önemli #Erdoğan’dan diplomasi çağrısı: Çözüm müzakere masasıdır

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.