11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra daxili və xarici siyasətə dair geniş açıqlamalar verib. Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə gərginliyi alovlandıran bütün qüvvələrin qarşısında qətiyyətlə dayanacağını bildirib. Onun sözlərinə görə, etnik mənsubiyyətindən, məzhəbindən və inancından asılı olmayaraq region xalqları bir-birinə qonşudur və bu coğrafiyada birlikdə yaşamağa davam edəcək:

2 Fevral 2026 22:27
Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice, Orxan Qədirzadə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra daxili və xarici siyasətə dair geniş açıqlamalar verib.

AzerVoice xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin bölgədə gərginliyi alovlandıran bütün qüvvələrin qarşısında qətiyyətlə dayanacağını bildirib. Onun sözlərinə görə, etnik mənsubiyyətindən, məzhəbindən və inancından asılı olmayaraq region xalqları bir-birinə qonşudur və bu coğrafiyada birlikdə yaşamağa davam edəcək:

“Biz hamımız əsrlərdir buradayıq və inşallah qiyamətə qədər də burada olacağıq. Çətin günlərdə yenə bir-birimizin qapısını döyəcəyik”.

Ərdoğan çıxışında Suriya və İran ətrafında baş verən proseslərin yaxından izlənildiyini, Türkiyənin həm təhlükəsizlik, həm də humanitar baxımdan bölgədə fəal mövqe tutduğunu vurğulayıb. O qeyd edib ki, Türkiyənin Suriya ilə ən uzun quru sərhədi mövcuddur və iki ölkənin təhlükəsizliyi bir-biri ilə sıx bağlıdır.

Prezident bildirib ki, Türkiyə Suriyada bütün etnik və dini qrupların – ərəb, kürd, türkmən, nusayri və xristianların – sülh və sabitlik şəraitində yaşadığı bir qonşu ölkə görmək istəyir. Onun sözlərinə görə, Suriyanın şimalında vahid dövlət və vahid ordu prinsipi əsasında, qan tökülmədən həll yolu tapılması son dərəcə vacibdir.

Ərdoğan Suriyada hökumət və SDQ arasında əldə olunan razılaşmaları bu prizmadan dəyərləndirdiklərini bildirib və əlavə edib ki, bu razılaşmalar Suriya xalqı üçün yeni mərhələ aça bilər. Prezident xəbərdarlıq edib ki, kim bu prosesi pozmağa çalışarsa, bunun məsuliyyətini daşımalı olacaq.

Çıxışda iqtisadi məsələlərə də toxunan Ərdoğan bildirib ki, Türkiyə 2025-ci ili turizm və əsas iqtisadi göstəricilər üzrə müsbət nəticələrlə başa vurub. Turizm gəlirlərinin artdığını, Mərkəzi Bankın ehtiyatlarının yüksəldiyini qeyd edən Prezident, istehsal və məşğulluğu qorumaq üçün yeni maliyyə dəstək paketlərinin işə salınacağını açıqlayıb.

Prezident Ərdoğan Türkiyənin Afrika və Türk dünyası ilə münasibətlərinin gücləndiyini, regional və qlobal miqyasda aktiv diplomatik xəttin davam etdirildiyini də vurğulayıb.

Məqalədə: #Ərdoğan: Qiyamətə qədər bu torpaqlarda birlikdə yaşayacağıq #Türkiyə Prezidenti: Gərginlik yaradanların qarşısında dayanacağıq #Ərdoğandan Suriya və regionla bağlı sərt mesaj #Prezident Ərdoğan: Biz qonşuyuq və belə də qalacağıq #Türkiyədən bölgədə sülh və sabitlik çağırışı #Ərdoğanın çıxışı: Birlik #təhlükəsizlik və iqtisadiyyat #Erdoğan: Kıyamete kadar burada olacağız #Cumhurbaşkanı Erdoğan’dan birlik ve komşuluk vurgusu #Erdoğan: Kan tüccarlarının karşısında duracağız #Erdoğan Kabine sonrası önemli açıklamalar yaptı #Türkiye’den Suriye mesajı: Barış ve istikrar #Cumhurbaşkanı Erdoğan’dan bölgesel birlik çağrısı

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

09:53

Son Xəbərlər

İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
İsrail ordusu Hizbullahın imkanlarını bərpa etməsinə imkan verməyəcəyini bildirib
19:11
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
18:59
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
Yəməndə qiymət artımı və yeni köç böhranı gözlənilir
18:34
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
Misir Menkaura piramidasını müvəqqəti bağlayır
18:17
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
Hörmüz boğazı ilə bağlı regional toplantı Omanda keçiriləcək
18:13
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.