15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

İrandan Türkiyəyə köç dalğası başladığı iddiaları yalandır - Türkiyə MN

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) ABŞ və İsrailin İrana hücumlarından sonra Türkiyə sərhədinə doğru böyük köç dalğasının başladığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Nazirliyin həftəlik mətbuatı məlumatlandırma toplantısında sərhəd təhlükəsizliyi və regional proseslərlə bağlı mühüm açıqlamalar verilib. Nazirlik mənbələri sosial mediada yayılan görüntülərin həqiqətdən uzaq və manipulyativ olduğunu vurğulayıb.

5 Mart 2026 13:19
İrandan Türkiyəyə köç dalğası başladığı iddiaları yalandır - Türkiyə MN

BAKI,VOA, Nailə Babazadə

Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) ABŞ və İsrailin İrana hücumlarından sonra Türkiyə sərhədinə doğru böyük köç dalğasının başladığı barədə yayılan xəbərlərin həqiqəti əks etdirmədiyini bildirib. Nazirliyin həftəlik mətbuatı məlumatlandırma toplantısında sərhəd təhlükəsizliyi və regional proseslərlə bağlı mühüm açıqlamalar verilib.

VOA xəbər verir ki, nazirlik mənbələri sosial mediada yayılan görüntülərin həqiqətdən uzaq və manipulyativ olduğunu vurğulayıb.

"İrandan sərhədlərimizə doğru kütləvi köç hərəkətliliyinin olması barədə paylaşımlar reallığı əks etdirmir. Sərhəd təhlükəsizliyimiz 7/24 əsasında, cümhuriyyət tarixinin ən yüksək texnoloji imkanları və qədəməli tədbirləri ilə təmin olunur". - deyə qeyd edilib.

Türkiyənin İrana qarşı hücumlarla bağlı mövqeyini xatırladan nazirlik, hərbi əməliyyatların dərhal dayandırılmasının vacibliyini qeyd edib: "Türkiyə olaraq prioritetimiz hücumların dayandırılması, qalıcı atəşkəsin təmin edilməsi və bütün münaqişələrin sülh yolu ilə həllidir. Tərəfləri problemləri diplomatiya vasitəsilə həll etməyə dəvət edirik".

PKK terror təşkilatının İran qolu olan PJAK-ın fəaliyyətləri ilə bağlı sualı cavablandıran MSB rəsmiləri bildiriblər ki, bu cür etnik bölücü strukturlar təkcə İranın deyil, bütün regionun sabitliyinə təhdid yaradır. Türkiyənin bu prosesləri dövlətin müvafiq qurumları ilə koordinasiyalı şəkildə yaxından izlədiyi vurğulanıb.

Kiprdəki vəziyyət və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) təhlükəsizliyinə dair verilən suala isə nazirlik qətiyyətli cavab verib: "Kipr türklərinin təhlükəsizliyini təhdid edən istənilən düşmən münasibətə qarşı qarantlıq hüququmuzun bizə verdiyi səlahiyyətlərdən istifadə etməkdən çəkinməyəcəyik".

Məqalədə: #Türkiyə Milli Müdafiə Nazirliyi #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək
Suriya

Ərdoğan yaxın vaxtlarda Suriyaya səfər edəcək

14 Sentyabr 11:33
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
İslam və həyat: Şəriət, tarix, əxlaq

Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?

13 Sentyabr 18:00
Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21

Son Xəbərlər

İraq və Fransa altı əməkdaşlıq sənədi imzalayıb
İraq və Fransa altı əməkdaşlıq sənədi imzalayıb
09:14
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
Bəhreynin turizm sektoru yeni tərəfdaşlıqlar axtarışındadır
09:09
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
Bakının Qafqaz İslam Ordusu tərəfindən azad olunmasından 108 il ötür
09:02
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
Bu gün Məhəmməd Əli üçüncü dəfə dünya çempionu oldu
09:00
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
Husi terroru nəticəsində daha 13 səudiyyəli yaralanıb
07:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.