12 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Türkiyə
Türkiyə

Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini eyni saxladı

Türkiyə Mərkəzi Bankı aprelin pul siyasəti qərarında uçot dərəcəsini sabit saxlayıb. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Pul Siyasəti Komitəsi bir həftəlik repo əməliyyatları üzrə əsas faiz dərəcəsinin 37 faiz səviyyəsində dəyişməz saxlanılmasına qərar verib.

22 Aprel 2026 16:15
Türkiyə Mərkəzi Bankı faiz dərəcəsini eyni saxladı

BAKI,VOA, Orxan Qədirzadə

Türkiyə Mərkəzi Bankı aprelin pul siyasəti qərarında uçot dərəcəsini sabit saxlayıb.

VOA xəbər verir ki, Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Pul Siyasəti Komitəsi bir həftəlik repo əməliyyatları üzrə əsas faiz dərəcəsinin 37 faiz səviyyəsində dəyişməz saxlanılmasına qərar verib.

Qərara əsasən, gecəlik borcvermə faizi 40 faizdə, borcalma faizi isə 35,5 faizdə sabit saxlanılıb.

Komitə bildirib ki, mart ayında inflyasiyanın əsas meyli zəifləsə də, ilkin göstəricilər aprel ayında müəyyən artım ehtimalına işarə edir. Qlobal geosiyasi gərginliklər fonunda enerji qiymətlərində yüksək dəyişkənlik müşahidə olunduğu qeyd edilib.

Açıqlamada vurğulanıb ki, iqtisadi fəallıqda müəyyən yavaşlama əlamətləri görünür və bu prosesin inflyasiya göstəricilərinə mümkün təsirləri diqqətlə izlənilir.

Mərkəzi Bank bəyan edib ki, qiymət sabitliyi təmin olunana qədər sərt pul siyasəti kursu davam etdiriləcək və zərurət yarandığı halda əlavə sərtləşdirmə addımları istisna edilmir.

Qurum həmçinin qeyd edib ki, kredit və depozit bazarlarında gözlənilməz dəyişikliklər baş verərsə, makroprudensial alətlərlə əlavə tənzimləmələr həyata keçiriləcək.

Komitə uzunmüddətli perspektivdə inflyasiyanın 5 faiz səviyyəsinə endirilməsi hədəfinə sadiqliyini bir daha təsdiqləyib.

Analitiklər hesab edir ki, faiz dərəcəsinin sabit saxlanılması bazarlara ehtiyatlı və nəzarətli siyasətin davam edəcəyi barədə siqnal verir.

Məqalədə: #Türkiyə Mərkəzi Bankı #inflyasiya #İqtisadi sabitlik #Pul siyasəti #faiz qərarı #Türkiyə Mərkəzi Bankı faiz qərarı 2026 #repo faiz dərəcəsi 37 faiz saxlanıldı #Türkiyədə inflyasiya proqnozu aprel #pul siyasətində sərt mövqe davam edir #Mərkəzi Bank əlavə tədbirlər planı

Mövzu üzrə digər xəbərlər

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan
Türkiyə

Təkcə 86 milyona deyil, gələcək nəsillərə qarşı da məsuliyyət daşıyırıq - Rəcəb Tayyib Ərdoğan

11 Sentyabr 18:59
AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu
Türkiyə

AKINCI 250 kilometrdən uzaqdakı hədəfi dəqiq vurdu

11 Sentyabr 16:21
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türkiyə

Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq

11 Sentyabr 10:06
Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin
Türkiyə

Uqanda Baş Qərargah rəisi Türkiyəni hədəf aldı: - Türklər dərhal ölkəmizi tərk etsin

11 Sentyabr 09:53

Son Xəbərlər

Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
Səudiyyə Ərəbistanı neft kəmərinin vurulmasına reaksiya verdi
00:15
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
12 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
00:10
Tarixdə bu gün - 12 sentyabr
Tarixdə bu gün - 12 sentyabr
00:01
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
11 Sentyabr 23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
11 Sentyabr 23:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.